ABŞ-ın Milli Mətbuat Klubu Xədicə İsmayılı mükafatlandırıb

“Ümid edirik ki, dünya Avropa Oyunlarını izlərkən Azərbaycanda həbs edilmiş jurnalistləri xatırlayar”

Source:


“Ümid edirik ki, dünya Avropa Oyunlarını izlərkən Azərbaycanda həbs edilmiş jurnalistləri xatırlayar”

PRNewswire-nin məlumatına görə, ABŞ-ın Milli Mətbuat Klubu Xədicə İsmayılı 2015-ci ildə öz mükafatına layiq görüb.

Mənbənin məlumatında deyilir ki, 2014-cü ildə həbs edilmiş Xədicə İsmayıl Azərbaycanda həbsdə olan 9 jurnalistdən biridir.

“Ümid edirik ki, dünya Avropa Oyunlarını izlərkən Azərbaycanda həbs edilmiş jurnalistləri xatırlayar”, deyə ABŞ MMK-nin rəhbəri Con Hyuz bildirib.

ABŞ MMK hər il öz mükafatları ilə dünyada azad mətbuat dəyərlərini müdafiə edən reportyorları təltif edir. Təltifetmə mərasimi hər il iyulun 29-da Vaşinqtonda keçirilir.

MMK 1908-ci ildə ABŞ-ın aparıcı KİV və jurnalistləri tərəfindən təsis edilib.

Ana səhifəXəbərlərABŞ-ın Milli Mətbuat Klubu Xədicə İsmayılı mükafatlandırıb