ABŞ-ın Highland şəhəri qondarma “DQR”in müstəqilliyini tanıdı

ABŞ-ın Haylend şəhəri qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıyıb.

Source:

ABŞ-ın Highland şəhəri qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıyıb. Lent.az-ın qondarma qurumun “Xarici İşlər Nazirliyi”nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Kaliforniya ştatının Highland Şəhər Şurası Laçın şəhəri ilə qardaşlıq münasibətlərinin qurulması barədə bəyannamə qəbul edib.

Digər bəyannaməyə əsasən, Highland qondarma “DQR”in müstəqilliyini tanıyır və ABŞ prezidenti Barak Obama ilə ABŞ Konqresini “DQR”in öz müqəddəratını təyin etmə və demokratik müstəqillik hüququnu, onun strateji cəhətdən vacib regionda dünya birliyinin gücləndirilmiş ədalətli və uzunmüddətli təhlükəsizlik məsələsinin həllinə yönəlmiş konstruktiv daxil olmasını dəstəkləməyə çağırıb.

Xatırladaq ki, bundan öncə də Maine ştatı qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımışdı.

Ana səhifəXəbərlərABŞ-ın Highland şəhəri qondarma “DQR”in müstəqilliyini tanıdı