ABŞ-ın BMT yanında daimi nümayəndəsi Samanat Pauer Yunuslara çıxarılan hökmdən yazdı

“Bu, xəstə ər-arvada qarşı dəhşətli ədalətsizlikdir”

Source:


“Bu, xəstə ər-arvada qarşı dəhşətli ədalətsizlikdir”

İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı azərbaycanlı hüquq müdafiəçisi Leyla və Arif Yunusların barəsində hökmə qəti etirazını bildirib.

300-dən çox beynəlxalq hüquq-müdafiə strukturunu birləşdirən İşgəncələr Əleyhinə Ümundünya Təşkilatı bildirib ki, bu “sərt cəza” Azərbaycanın ədalətli məhkəmə standartlarına məhəl qoymamasından xəbər verir.

“Yunusların məhkəməsinin belə sürətlə keçirilməsi dəhşət doğurur və prosesin keyfiyyəti haqda aydın təəssürat yaradır”, – təşkilatın bəyanatında deyilir.

Qurumun baş katibi Gerald Steyberk bildirib ki, Bakıda keçirilən  məhkəmə prosesi ədalətli məhkəmə üzrə beynəlxalq hüquq standartlarının pozulduğunu nümayiş etdirib.

ABŞ-ın BMT yanında daimi nümayəndəsi Samanat Pauer Twitter-dəki mikrobloqunda Yunuslar cütlüyünün barəsində çıxarılan hökmü “xəstə ər-arvada qarşı dəhşətli ədalətsizlik” adlandırıb (Turan İA).

Ana səhifəXəbərlərABŞ-ın BMT yanında daimi nümayəndəsi Samanat Pauer Yunuslara çıxarılan hökmdən yazdı