Səfirlik ABŞ vətəndaşlarına martın 11-də də eyni məzmunlu məktub yollamışdı
ABŞ-nin Türkiyədəki səfirliyi bu ölkədə fəaliyyət göstərən şirkətlərinə terrorla bağlı növbəti xəbərdarlıq məktubunu göndərib.
“Habertürk”in
məlumatına görə, səfirliyin məktubunda martın 30-da Türkiyədə növbəti terror hücumlarının gözlənildiyi qeyd olunub. Məktub kəşfiyyat məlumatları əsasında hazırlanıb və bildirilib ki, ABŞ vətəndaşları ibadət yerlərindən, əyləncə, ticarət mərkəzlərindən, inzibati, hərbi strukturların yerləşdiyi binalardan və nəhayət, diplomatik korpuslara məxsus ərazilərdən uzaq durmalıdıdr: “İnsanların sıx olduğu yerlərin də təhlükəli olduğunu nəzərə alın”.
O cümlədən, səfirlik öz vətəndaşlarına ailələrini və yaxınlarını da məlumatlandırmağı xəbərdar edib.
Səfirlik ABŞ vətəndaşlarına martın 11-də də eyni məzmunlu məktub yollamışdı. İki gün sonra isə paytaxt Ankarada 37 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələnən terror törədildi.