ABŞ Gülənin ekstradisiyası ilə bağlı Türkiyəyə heyət göndərir

Çavuşoğlu: “Gülənin Türkiyəyə təhvil verilməsi tək ABŞ və Türkiyə arasında bir məsələ deyil”

Source:


Çavuşoğlu: “Gülənin Türkiyəyə təhvil verilməsi tək ABŞ və Türkiyə arasında bir məsələ deyil”

ABŞ hökuməti Fətullahçı Terror Təşkilatı (FETÖ) adlandırılan təşkilatın lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə əlaqədar müzakirələr aparmaq üçün 4 nəfərdən ibarət heyyətin Türkiyəyə göndərilməsi barədə qərar verib.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

Nümayəndə heyyəti avqustun 22-də Türkiyəyə gələcək. Nümayəndə heyətinə ABŞ Ədliyyə Nazirliyinin 3, ABŞ Dövlət Departamentinin 1 əməkdaşı daxildir.

Bu barədə iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Mövlud Çavuşoğlu da danışıb.

O, hazırda Pensilvaniyada yaşayan F. Gülənin Türkiyəyə təhvil verilməsinin tək ABŞ və Türkiyə arasında bir məsələ olmadığını, bütün dünyanın bu prosesi yaxından izlədiyini qeyd edib: “Həm Con Kerri, həm də Co Bayden Türkiyəyə gəlmək istədiklərini bildirmişdilər. Bu ziyarətlərdən sonra müvafiq sənədlərlə birlikdə Vaşinqtona gedəcək, Fətüllah Gülənin Türkiyəyə təhvil verilməsinə səy göstərəcəyik. ABŞ və Türkiyə arasında şübhəlilərin qarşılıqlı təhvil verilməsi barədə anlaşma var və bu anlaşma bu günə qədər həyata keçirilib. ABŞ-ın ən qısa müddətdə bu terror təşkilatının liderini Türkiyəyə təhsil verməsini gözləyirik”.

Ana səhifəXəbərlərABŞ Gülənin ekstradisiyası ilə bağlı Türkiyəyə heyət göndərir