Vaşinqton təşkilatda köklü islahatlar aparılmasını istəyir
Amerika Birləşmiş Ştatları YUNESKO-dan çıxır. Bu, rəsmi olaraq 2018-ci il dekabrın 31-də baş verəcək.
Məlumatı oktyabrın 12-də “Reuters” agentliyi yayıb.
ABŞ Dövlət Departamentinə istinad edilən məlumatda bildirilir ki, ölkə təşkilatda daimi müşahidəçi kimi fəaliyyətini davam etdirmək fikrindədir.
Vaşinqton təşkilatda köklü islahatlar aparılmasını istəyir.
YUNESKO-nun rəhbəri İrina Bokova ABŞ-ın bu addımndan dərin təssüf bildirib.
ABŞ 2011-ci ildə təşkilatın maliyyələşdirilməsini dayandırıb.
Bu YUNESKO-nun Fələstin müxtariyyətinə daimi üzv statusu verməsindən sonra baş verib.
2016-cı ilin payızında isə UNESCO İcraiyyə Komitəsi Fələstin və Misirin təklif etdiyi, yəhudi xalqının Yerusəlimdəki məşhur “Əl-Aksa” məscidinə (“Məbəd dağı”) aiddiyyəti olmadığına dair qətnaməni qəbul edib.
ABŞ-ın YUNESKO-dakı nümayəndəsi isə bu qətnaməyə qarşı çıxıb.