“Hökumətin insan hüquqları sahəsində götürdüyü öhdəliklərə əməl etməməsi bizi çox narahat edir”
Dekabrın 10-da Dövlət Departamentinin mətbuat katibi Ceyn Psaki Vaşinqtonda brifinq zamanı həbs olunmuş jurnalist Xədicə İsmayılın taleyinə toxunub.
“Azərbaycanda vətəndaş cəmiyyəti fəallarına, jurnalistlərə qarşı məhdudiyyətlərin artması bizi dərindən narahat edir.
Biz Xədicə İsmayılın məhkəməyə qədərki həbsindən çox narahatıq. Hökumətin insan hüquqları sahəsində götürdüyü öhdəliklərə əməl etməməsi bizi çox narahat edir.
Azərbaycan hakimiyyətini öz vətəndaşlarının hüquqlarına hörmətlə yanaşmağa və onların öz fikirlərini azad ifadə etməsinə şərait yaratmağa çağırırıq.
Azərbaycan daha azad cəmiyyət yaratmaqla öz stabilliyini daha da yaxşılaşdıra bilər.
Biz, əlbəttə, Azərbaycan hökuməti ilə ünsiyyət zamanı mətbuat azadlığı və vətəndaş cəmiyyətinin məhdudlaşdırılması ilə bağlı məsələləri qaldırırıq”, – Psaki vurğulayıb (Turan İA).