ABŞ Dövlət Departamenti Azərbaycana səyahət riskini 3-cü səviyyəyə qaldırıb. Bu səbəbdən Azərbaycana səfər etməyi planlaşdıran ABŞ vətəndaşlarına planlarını yenidən nəzərdən keçirmək tövsiyə olunur.
Dövlət Departamenti 2025-ci il mayın 21-də Azərbaycana səfərlərlə bağlı xəbərdarlıq etmiş və risk səviyyəsini 2 olaraq qiymətləndirmişdi. Həmin vaxtdan sonra, iyunda İranla İsrail arasında 12 günlük münaqişə baş vermişdi.
Departament qeyd edir ki, səyahət riskinin əsas göstəricilərində dəyişiklik olmasa da, terrorçuluq, silahlı münaqişə və torpaq minaları təhlükəsi səbəbindən bəzi bölgələrdə risk artıb. Bu səbəbdən vətəndaşlara İranla sərhəd cənub bölgəsinə, Ermənistanla sərhəd ərazilərinə, həmçinin Qarabağ və ətrafındakı minalanmış ərazilərə getməmək tövsiyə olunur.
Dövlət Departamenti həmçinin bildirir ki, fevralın 28-də ABŞ və İsrail ilə İran arasında başlayan qarşıdurma sonrası İrandan dron və raket hücumu təhlükəsi hələ də qalır. Nəticədə martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu baş verib, hücumda dörd nəfər xəsarət alıb. Azərbaycan hakimiyyəti bu hücumu İranın təşkil etdiyini bildirib, lakin İran rəsmiləri məsuliyyəti rədd edib. Martın 10-da Azərbaycan İrana humanitar yardım göndərib.