ABŞ-dan Xədicə İsmayılın azad edilməsi haqqında daha bir çağırış

“ABŞ Xədicə İsmayıl barəsində hökmdən və istintaq və məhkəmə zamanı yol verilmiş pozuntulardan narahatdır”

Source:


“ABŞ Xədicə İsmayıl barəsində hökmdən və istintaq və məhkəmə zamanı yol verilmiş pozuntulardan narahatdır”

“Biz Azərbaycan hakimiyyətini insan hüquqlarına və bütün vətəndaşların fundamental hüquqlarına riayət olunması haqqında ATƏT qarşısında götürdüyü öhdəliklərə əməl etməyə çağırırıq”, – deyə ABŞ-ın ATƏT-dəki nümayəndəsi Daniel Bayerin Bakıda araşdırmaçı jurnalist  Xədicə İsmayılın həbsi ilə bağlı bəyanatında qeyd edilir.

“KİV azadlığı demokratik prinsiplərin tərkib hissəsidir. Onların pozulması Azərbaycanın maraqlarına ziddir. Biz Xədicə İsmayılı və digərlərini azad etməyə çağırırıq”, deyə bəyanatda bildirilir.

Sonda Bayer qeyd edir ki, ABŞ Xədicə İsmayıl barəsində hökmdən və istintaq və məhkəmə zamanı yol verilmiş pozuntulardan narahatdır (Turan İA).

Ana səhifəXəbərlərABŞ-dan Xədicə İsmayılın azad edilməsi haqqında daha bir çağırış