“Son bir neçə gün ərzində həyatımın ən çətin qərarlarından birini verdim”
Kaliforniya ştatından olan senator Kamala Harris seçki siyahılarında erkən yüksəlməsinə baxmayaraq, əsas ştatlarda dəstək ala bilməyib. O, buna görə 2020-ci ildə keçiriləcək prezident seçkisi kampaniyasından geri çəkildiyini bəyan edib, “Reuters” xəbər verir.
“Mən səsimi aldım və buna hər tərəfdən dəyərləndirdim. Son bir neçə gün ərzində həyatımın ən çətin qərarlarından birini verdim”,- o deyib: “Prezidentliyə namizəd olduğum kampaniyanı davam etdirmək üçün bizim sadəcə yetərli maliyyə mənbəmiz yoxdur”, – Harris çərşənbə axşamı tərəfdarlarına e-poçt məktubunda bildirib.
Anonimlik şərtiylə danışan mənbələrə görə, Harris çərşənbə axşamı günortadan sonra komandasının üzvləriylə görüşərək onlara qərarını açıqlayıb.
55 yaşlı Harris birləşdirici, qucaqlayıcı namizəd olaraq tanınıb. O, partiyanın gənc, tərəqqipərvər üzvlərini ruhlandıran və daha mülayim elektorata müraciət edən əsas fiqur olub.
İyun ayında gərgin debatdan sonra rəy sorğularında artım nümayiş etdirən Harris son aylarda ən yüksək pillədən aşağı düşüb və lider namizədlərin pul yığma (fandreyzinq) işlərindən geri qalıb.
Kaliforniyanın senatoru namizəd rəqabətində ən öndə gedənlərdən sayılıb.
Harris kampanyaya ön cəbhəçi kimi daxil olsa da, sonradan onu dəstəkləyənlərə mövqeyini tam açıqlaya bilməməsi və rəqibi keçmiş vitse-prezident Joe Biden-ə hücum cəhdini geri çəkməsi səbəbindən dəstəkçilərinin dəstəyini qoruyub saxlaya bilmədi, – tənqidçilər qeyd edib.