ABŞ azərbaycanlıları sanksiyalara dəstək aksiyasına başlayıblar

“Qanun layihəsinin erməni lobbisi ilə də heç bir əlaqəsinin olmadığını bəyan edirik”

Source:


“Qanun layihəsinin erməni lobbisi ilə də heç bir əlaqəsinin olmadığını bəyan edirik”

“ABŞ azərbaycanlıları İlham Əliyevdən təcili demokratik islahatlara start verilməsini və siyasi məhbusların təcili azad olunmasını tələb edirlər. Düşünürük ki, viza sanksiyaları müsbət nəticələr verəcək və bu səbəbdən ABŞ Konqresindən xahiş edirik ki, Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq olunsun”, – Nyu Yorkdakı ABŞ azərbaycanlılarının İnternet saytında (

https://www.change.org/p/support-targeted-sanctions-against-azerbaijan-support-azerbaijan-democracy-act-of-2015

) yerləşdirilmiş dəstək aksiyasının müraciətində  deyilir.

Dəstək aksiyası 2015-ci il dekabrın 16-da başlanıb və indiyədək 128 nəfər imzalayıb.

ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit ABŞ Konqresinə Azərbaycan məmurlarına qarşı sanksiyaları nəzərdə tutan “2015 Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsi təqdim edib.

Müraciətdə deyilir ki, layihədə nəzərdə tutulan sanksiyalar adi Azərbaycan vətəndaşına qarşı deyil. “Bu qanun layihəsinin erməni lobbisi ilə də heç bir əlaqəsinin olmadığını bəyan edirik. Azərbaycan xalqını hakimiyyətin apardığı gülünc təbliğata inanmamağa və öz hüquqlarını tələb etməyə çağırırıq. Və bu yolda biz hər zaman Azərbaycana dəstək olacağıq”, – müraciətdə qeyd edilir.

Müraciətdə İlham Əliyevin son əfv fərmanının siyasi məhbuslara şamil edilməməsindən ABŞ azərbaycanlılarının təəssüf hissi keçirdiyi bildirilir.

“İlham Əliyev son əfv fərmanı ilə bir daha demokratik islahatların olmayacağını, siyasi məhbusların azad edilməyəcəyini və siyasi motivli həbslərin davam edəcəyini nümayiş etdirdi. ABŞ azərbaycanlıları əmindir ki, İlham Əliyev bu əfv fərmanı ilə ABŞ-a bir daha islahat olmayacaq və siyasi məhbuslar azad olunmayacaq mesajını göndərmiş oldu. Bunları nəzərə alaraq biz ABŞ-da yaşayan azərbaycanlılar Amerika Konqresindən bu qanun layihəsinə dəstək göstərməyi xahiş edirik”, -müraciətdə bildirilir.


contact.az

Ana səhifəXəbərlərABŞ azərbaycanlıları sanksiyalara dəstək aksiyasına başlayıblar