ABŞ 907-ci düzəlişin reallaşmasından imtinanın müddətini uzadıb

O hesab edir ki, Vaşinqtonun xarici siyasətində dini amil müxtəlif formalarda mövcuddur, administrasiyalar dəyişsə də, dini amil qalır.

Source: Foto: arxiv


Hikmət Hacızadə: “907-ci düzəliş əhəmiyyətini itirib”

ABŞ “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin reallaşmasından imtinanın müddətini uzadıb.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, sənədi dövlət katibinin müavini Stiven Biqun imzalayıb.

1992-ci ildə erməni lobbisinin təzyiqi altında qəbul edildiyi bildirilən bu düzəliş Azərbaycana dövlət yardımının göstərilməsini qadağan edir.

Lakin 2001-ci il 11 sentyabr terror aktından sonra Konqres Prezidentə 907-ci düzəlişdən imtina hüququ verən xarici əməliyyatların maliyyələşdirilməsi haqda qanun qəbul edib. Bu, ABŞ-a Əfqanıstandakı qoşunlarını təchiz etmək zamanı lazım idi. Buş və Obama administrasiyası bu qadağanı həyata keçirməkdən imtina etməyə davam etdilər. Tramp administrasiyası isə ilk dəfə olaraq bu addımı atır.

Siyasi icmalçı Hikmət Hacızadə bunu müsbət addım adlandırıb:

“Bu, müsbət hadisədir və görünür, Trampın hakimiyyətə münasibəti yaxşıdır. Ola bilər qaz və İran məsələsi ilə bağlıdır. Ümumiyyətlə, 907-ci akt əhəmiyyətini itirib”, – Hikmət Hacızadə deyib.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Meydan TV-ə deyib ki, 1992-ci ildə Azərbaycan dövləti yeni qurulduğundan xarici ölkələrdə səfirliklər yaradılmamışdı:

“Erməni lobbisi isə Konqressdə çox fəal idi. Bu, əsas amil idi. Ona görə təcavüzkar dövlətin bütün hücumlarına dayanmaq asan deyildi. Sanksiyalar və embarqolar Vaşinqtonun xarici siyasətinin alətlərindən və xarici ölkələrə təsirlərindən biridir”, – Sülhəddin Əkbər deyib.

O hesab edir ki, Vaşinqtonun xarici siyasətində dini amil müxtəlif formalarda mövcuddur, administrasiyalar dəyişsə də, dini amil qalır.

“Ona görə müsəlman, neft ölkəsi Azərbaycanın xristian ölkəsi olan Ermənistanla müharibə vəziyyətində olması rəsmi Bakını təzyiq altında saxlanmasına rəvac verirdi. Şübhəsiz ki, ilk səbəb ABŞ-da səfirliyimizin, lobbi təşkilatlarının olmaması idi. Təcavüzkar Ermənistan isə bu baxımdan üstün mövqedəydi”, – o bildirib.

Ana səhifəSiyasətABŞ 907-ci düzəlişin reallaşmasından imtinanın müddətini uzadıb