Abid Şərifov: 1-ci mikrorayonun yenidən qurulması eksperiment məsələsi deyil

”Elə bir vəsait toplanmalı və qarantiya olmalıdır ki, bu evlər bir tərəfdən söküləndə, digər tərəfdən tikilsin”

Source:


”Elə bir vəsait toplanmalı və qarantiya olmalıdır ki, bu evlər bir tərəfdən söküləndə, digər tərəfdən tikilsin”

“Başa düşürük ki, bu, yaxşı hal deyil. Ancaq su-kanalizasiya sistemi ilə bağlı işləri bir gündə həll etmək olmur. Bakının kanalizasiya sisteminin qurulması ilə bağlı işlər gedir və bu işlər bir ay ərzində bitməlidir”.

Bu sözləri Baş nazirin müavini Abid Şərifov Bakının su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı danışarkən deyib.

A.Şərifov jurnalistlərə açıqlamasında xarici ölkələrdən də misallar gətirib:

“Avropanın, Amerikanın ən qədim və zəngin şəhərləri, suyun içərisində batır. Hələ Tokio şəhərindən, Asiya ölkələrindən danışmıram. Bu məsələ ilə bağlı düz danışaq, birtərəfli düşünməyək. Bu ölkələrin suyun altında qalması bəzən insan itkisi ilə də nəticələnir. Bizdə isə yerə 10-15 sm su düşən kimi başlayırıq “SOS” qışqırmağa”.

Onun sözlərinə görə, bu işlərin qurtarması üçün Prezident İlham Əliyevin sərəncamı ilə “Azərsu” ASC-yə 12 milyon manat vəsait ayrılıb:

“9 layihə analiz olunub, aidiyyatı qurumlarla razılaşdırılıb”.

“İşlər gələn ayın sonuna kimi qurtarmalıdır ki, insanlar qışda yağış-qar məsələsində əzab-əziyyət çəkməsin”, – Baş nazirin müavini əlavə edib.

O, yağışlar yağanda paytaxtın su-kanalizasiya sistemi ilə bağlı problemlərin təkrar olunmayacağına ümid etdiyini vurğulayıb.

Abid Şərifov onu da deyib ki, hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakının 1-ci mikrorayonun yenidən qurulması ilə bağlı hazırlıq işləri aparılır.

Onun sözlərinə görə, dövlət məsələ ilə bağlı icazə verib, qərar çıxarıb, müvafiq işlər özəl şirkətlər və Fövqəladə Hallar Nazirliyi tərəfindən icra olunacaq:

“Bunun üçün vəsait, özəl şirkətlər tapılmalıdır. Bakıda 1-ci mikrorayonun yenidən qurulması eksperiment məsələsi deyil. Burada 20-yə yaxın bina var. Bir binanı sökməklə, məsələ bitmir. Elə bir vəsait toplanmalı və qarantiya olmalıdır ki, bu evlər bir tərəfdən söküləndə, digər tərəfdən tikilsin”.

Baş nazirin müavini qeyd edib ki, işlər paralel şəkildə həyata keçirilməlidir:

“Evləri sökməklə iş bitmir. Sökmək asandır, amma insanları başqa yerdə yerləşdirmək lazımdır. Onların övladları yaxın məktəblərdə oxuduğundan yaxın yerdə yerləşməli, vəsait ödənilməlidir”. (APA, “report.az)

Ana səhifəXəbərlərAbid Şərifov: 1-ci mikrorayonun yenidən qurulması eksperiment məsələsi deyil