21 fevralda BDU-nun rektoru Abel Məhərrəmov kəsr imtahanlarının pullu olmasına etiraz edən gəncləri qəbul edib. Tədbir zamanı tarix fakültəsinin 4-cü kurs tələbəsi Ramilə Kiçiyeva mikrafonu alaraq deyib ki, “Özüm şəhid övladıyam, atasız böyüyən bir insanam. Bu günə kimi heç kimə rüşvət verməmişəm. 17 yanvarda Rusiyanın Qafqaz tarixi fənnindən imtahan vermişəm. Nəticələrim yaxşı olsa da müəllim məndən 70 manat istəyib. Mənə deyib ki, “mənə pul verməsən, səni imtahandan kəsəcəm”. 25 nəfərin 12 nəfəri imtahandan kəsilib. Nəyə görə? Cavablar göz qabağındadır. Nə vaxta qədər bu rüşvətxorluq olacaq? Nə vaxta qədər? ”
Abel Məhərrəmov tələbənin sualına cavab verib ki “Sən pul versəydin, qiymət alardın.Pul verməmisən. Məntiqlə danış”.
Tələbə “axı mən niyə pul verməliyəm? Mən gecə-gündüz oxumuşam. Niyə mən kiməsə pul verməliyəm? deyə rektora sual verib.
Rektor : ” Səni elə qovaram ki, burada izin qalmaz” deyib.