Abel Məhərrəmov: Dünən keçirilən aksiyanın səbəbi tələbələrin maarifsizliyidir

Hazırda Bakı Dövlət Universitetində 20 fevral tarixində reallaşan aksiya ilə bağlı tələbələrlə görüş keçirilir. Universitetin rektoru Abel Məhərrəmov aksiyanın keçirilməsi səbəbinə toxunub və bildirib ki, bu tələbələrin maarifsizliyindən irəli gəlir

Source:


BDU-da qarşıdurma baş verib

BDU-da rellaşan görüş zamanı Universitetin Həmkarlar İttfaqının tələbələri tərəfindən daha bir tələbə, Hüseyn Novruzov döyülərək, bağlı yerə salınıb. Hazırda polis əməkdaşları jurnalistlərə və hadisə yerində olanlara həmin tələbə ilə bağlı heç bir məlumat vermir.

Çəkiliş yerində olan Meydan TV-nin əməkdaçına da təziqlər olunub. Və çəkilişin aparılmaması üçün kamerasını sındırmaq istəyiblər.

***

Hazırda Bakı Dövlət Universitetində 20 fevral tarixində reallaşan aksiya ilə bağlı tələbələrlə görüş keçirilir. Universitetin rektoru Abel Məhərrəmov aksiyanın keçirilməsi səbəbinə toxunub və bildirib ki, bu tələbələrin maarifsizliyindən irəli gəlir: “Bizdə 20 min tələbə var. Onlardan biri dərs gedə-gedə qışqırsın, mahnı oxusun. Bu hallar olmaz. Bütün tələbələr universitetin daxili qayda –qanununa əməl etməlidir əks halada həmin tələbə qovulacaq”

Rektor kreditlərin ödənilməsinə də münasibətini bildirib və qeyd edib ki, bunu kim necə ödəyə bilirsə, elə də ödəsin. Görüşdə Təhsil Nazirliyinin müşaviri İlham Pirməmmədov da iştirak edir.

İlham Pirməmmədov bildirib ki, tələbələrin narazılığı varsa nazirliyə bildirsinlər, aksiya keçirtməsinlər.

Ana səhifəXəbərlərAbel Məhərrəmov: Dünən keçirilən aksiyanın səbəbi tələbələrin maarifsizliyidir