Abdulla Abdullayevin cinayət işi üzrə materiallar məhkəməyə göndərilib

İş adamı 2007-ci ildə Sahibkarlığa Yardım Fondundan götürdüyü 3 milyon dollar vəsaiti təyinatı üzrə xərcləməməkdə ittiham olunur

Source:


İş adamı 2007-ci ildə Sahibkarlığa Yardım Fondundan götürdüyü 3 milyon dollar vəsaiti təyinatı üzrə xərcləməməkdə ittiham olunur

“AMAY” şirkətlər qrupunun prezidenti, tanınmış iş adamı Abdulla Abdullayevin cinayət işi üzrə materialları məhkəməyə göndərilib. Bu barədə “Turan İA”-a A.Abdullayevə yaxın şəxslərdən məlum olub.

Mənbənin bildirdiyinə görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə işin icraata veriləcəyi nəzərdə tutulur.

İttiham tərəfi A.Abdullayevi Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israfetmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirli bilir.

A.Abdullayev 2007-ci ildə Sahibkarlığa Yardım Fondundan götürdüyü 3 milyon dollar vəsaiti təyinatı üzrə xərcləməməkdə ittiham olunur. Müdafiə tərəfi isə bu ittihamları əsassız sayır, ittihamın cinayət xarakterli yox, iqtisadi xarakterli olduğunu bildirir.

A.Abdullayev ölkədə ilk böyük biznes işi quranlardan biri sayılır. O, öncə biznesini Çin, İranda qurub. Daha sonra Bakıda “AMAY” şirkətlər qrupunu təsis edib. Şirkətə məxsus “AMAY” Ticarət Mərkəzi 1994-cü ildən 2004-cü ilə kimi “Gənclik” metro stansiyasının yaxınlığında fəaliyyət göstərib. 2004-cü il mayın 28-də Ticarət Mərkəzinin ərazisində dövlət əhəmiyyətli tikinti olacağı adı ilə şirkətə mərkəzi bağlamaq təklifi verilib. Bundan sonra şirkət indiki əraziyə köçüb (Nobel prospekti) və Ticarət Mərkəzi burada yenidən inşa edilib.

Ana səhifəXəbərlərAbdulla Abdullayevin cinayət işi üzrə materiallar məhkəməyə göndərilib