Abbas kimdi ki? Müxalifətçi iyi gəlir ondan…

Abbas Qəhrəmanov: “Mənə deyirlər, niyə Cəmi Həsənliyə səs verəcəyini demisən?”

Source:



Bu musahibə ilə bəlkə də həmsohbətimə “ayı xidməti” göstərmiş oldum. Amma aktyoq Abbas Qahramanov öz cəsarətini hələ bir müddət əvvəl, prezident seçkiləri ərəfəsində nümayiş etdirmişdi. Onunla geniş söhbət edəndə isə, heyrətimi gizləyə bilmədim. Çünki hələ heç vaxt azərbaycanlı aktyorun belə intellektual, məntiqli, mutaliəli, ən əsası isə, cəsarətli tərəfini görməmişdim…O, soruşduğum bütün suallara cavab verdi, munasibətini gizlətmədi. “Oda” Teatrının bağlanmağından tutmuş, Elçin Əfəndiyevin teatrdakı müəllif monopoliyasına qədər…

“Oda Teatrının baglanması İlqarla bağlıdır…”


–              Abbas müəllim,  söhbətə elə bu günlərdə baş vermiş bir hadisə ilə başlamaq istəyirəm.  Bü günlərdə yaradıcı gənclərin layihəsi olan Oda Teatrınını sənədləri və açarları müsadirə olundu, akryorlar bölməyə aparıldı. Faktiki olaraq, teatrın bağlanmasına çalışırlar. Bu məsələyə münasibətinizi öyrənmək istərdi.

–              Təbii ki, münasibətim  dəhşətli dərəcədə pisdir. Təəsüf ki, orda tamaşaya baxmamışam.Bu qapama yəqin ki, İlqarın şəxsiyyəti ilə bağlıdır. Bu yaxınlarda məhşur rus aktyoru Suxarukovnan çəkilirdim. İsti münasibətlərimiz yarandı.  Söhbətlərimizdən biri də, bu barədə idi ki, Rusiyada teatrda, kinoda (məndə filmləri ğörmüşəm təsdiq edə bilərəm)  mətbuatda  iqtidara qarşı sənətkar baxışı sərgilənir. Putin elə də narahat olmur. Bizimkilər niyə belə qorxurlar, mənə çatmır. O dəqiqə 37-ci il  “priyom”larını işə salırlar. Axı hər şeyi Stalin kimi idarə edə bilməzsən, heç ehtiyac da yoxdur.  Bu lənətə gəlmiş”KQB”  yeni situasiyada köhnəlmiş aktyor oyunu kimidir. Düzdü, mən teatrı siyasi konteksdə görmürəm və sevmirəm. Teatrın funksiyası məncə bədiilikdir, yüksək bədiilik. Bununla yanaşı, hər bir yaradıcı, sənətkar öz zamanını hiss elədiyi kimi, özü gördüyü kimi ifadə eləməlidir. Əğər belə deyilsə, bağışla məni, tüpürüm belə sənətə.  İnkvizisiya dövründə sənətkarlar simvolnarnan, rəmzlərnən işləyiblər. Bu da yüksək sənətkarlıqdır. Amma indiki vəziyyətdə mövzu, quruluş,  aktyor oyunu müasir, canlı ola bilməz..Bu ajiataj yarada bilər..Hər şey həm var, həm də yoxdu kimi olmalıdır. Bu ölkənin bir qəhramanı olmalıdır..Bu da sizə idealogiya və mövzu..  Bizim teatrlarda heç rəsmi ideologiya olan demokratiya maarifçiliyindən də  söbət belə getmir.. Gedirsə də, formal…Bir başa bu işi, teatr işini təşkil edən rəsmi adamnan danışırsan, sənə gülür: “Alə – deyir, –  nə sənətbazdiqdi, başın xarabdır?!” Deyirəm yəqin ki, mənim “toçnı” başım xarabdı. İndi sənətkar siması,  individualizmi ermənidən qorxuludu…Odur ki, siyasi konteksdə bəşəri və bədii konteksdə Yaradıcılıq, yaradıcı prossesin qabağı bilərəkdən alınır.

“Bu sistem əlindən gələni edib ki, fərli rejissor yetişməsin…”


–              Özünüz nə vaxtsa dövlət teatrından ayrılıb, müstəqil teatr truppası yaratmaq fikrinə düşmüsünüz? Ümumiyyətlə, yaradıcı adam üçün istər-istəməz dovlətin maraqlarına tabe olan teatrda çalışmaq çətindi, asandı, yoxsa sadəcə başqa cür mümkün deyil?

–              Yox, belə bir fikirdə olmamışam. Çünki bu teatrı çox sevirəm. Baxmayaraq ki, burda çalışdığım gündən daima müqavimətdəyəm. Hətta iki il uzaqlaşdım (H.Atakişiyevlə yeni teatr). Amma yenə qayıtdım. Mən rejissor teatrı yox,  aktyor teatrını bəyənirəm. Bu o demək deyil ki, bizə böyük istedadı və şəxsiyyəti olan rejissor lazım deyil. Əksinə, onsuz heç nə alınmayacaq. Amma 25 ildən çoxdur ki, əlaqədar təşkilatlar belə bir şəxs  yetişməsin deyə hər şey eliyiblər. İki ildən bir direktor dəyişirlər, bizi də eliyiblər külbaş! O ölkə ki, müstəqillik ilərində bir fərli-başlı relissor yetişdirə bilmirsə..Onun inkişafından, mədəniyyətindən danışmaq olmaz.  Teatrlarda “Struktur dəyişiklik” adı ilə proqram yazdım.  İnan, Günel,  mətbuatda, teatr direktorlarına, kollektivlərə dedim..bir adam maraqlandı? Halbuki, mənim dediyimi demək olar ki, heç bir MDB teatrları bilmirdi..Buna tamaşa hazırlayanda, özüm də bilmədən gəlib çıxmışdım. İndi hamı bu metodnan işləyir, biz də sovet qaydası ilə. Bu ona görədi ki, fərli rejissor yetişmədi. Harda  bir müstəqil olmayan direktor var – onu  tapirlar. Ona da can verən teatrın dərdlərini danışırsan, inildiyirsən, baxır sənin üzünə,  ürəyində (bəzən də utanmadan ucadan): “Alə mən nə hayda bu nə hayda?!  Alə bunun başını necə qataq ki, birdəfəlik səsini kəssin” deyə düşünür .


–              Müsahibələrinizdən birində çalışdığınız teatrı “zavod” adlandırmışdınız. Çox istərdim ki, niyə belə dediyinizi izah edəsiniz. Doğrudanmı, indi teatrlar konveyer üsulu ilə, sifarişli tamaşalar istehsal edən “zavod”lardı, yoxsa, sadəcə fikrinizi bədii şəkildə ifadə etmişdiniz?

–              Yəni indi teatrlarda prinsip belədi “düşünmə, sənin yerinə düşünən var”. “Zavod” sözünü bu mənada işlətmişəm…

“Hələ bir roldan da uzaqlaşdırırlar ki, “Alə, voobşe, sən aktyor deyilsən!”


–              Hazırda incəsənət, ədəbiyyatda belə bir vəziyyət var: məddah olmayan, bəlli ünvanlara təriflər yağdırmayan, vətəndaş mövqyinə sahib  yaradıcı adamlar arzuolunmaz şəxslərə çevrilirlər. Məsələn, bir neçə müsahibəsində hakimiyyəti və çalışdığı teatrın rəhbərliyini tənqid edən aktyor İlqar Cahangiri teatrdan uzaqlaşdırdılar. Hətta bəzi həmkarları var ki, İlqara salam verməkdən çəkinirlər. Sizin də mədhiyyə deyənlərdən olmadığınızı açıqlamalarınızdan, müsahibələrinzdən, sərgilədiyiniz  mövqedən bilirik. Buna görə çalışdığınız teatrda, kollektivdə hansı münasibəti görürsünüz? Bildiyim qədərilə bu yaxınlarda sizi Teymurləng rolundan uzaqlaşdırıb, bunun prezident seçkiləri ərəfəsində bildirdiyiniz münasibətə görə olduğunu da eyham vurublar…

–              Mənə deyillər, niyə Cəmi Həsənliyə səs verəcəyini əvvəlcədən açıqlamısan? İş yoldaşlarıma deyirəm ki, a balam, mənə əslində nə iqtidar lazimdi, nə müxalifət. Mənə teatrda struktur dəyişikliyi eləmək lazımdır. Mənə bildiyim, başa düşdüyüm, bütün dünyada işlənilən, teatr yaradıcılığını canlı, maraqlı edən mexanizm lazımdır. Kimə deyirsən? Bir-neçə il bundan qabaq teatr haqqında qanun qəbul elədilər.  Nə olsun? Oxudum, gördüm köhnə-hamam köhnə-tas. Nizami Cəfərov böyük alimdir. Amma teatrı, bu günkü teatrı bilmir axı. Bu qərar lahiyəsi Milli Məclisdə hazırlananda, orda iştrak edəcək teatr mütəxəssislərindən acizanə xahiş elədim ki,  fikirlərimi orda səsləndirsin. Kimə deyirsən? Vaqif İbrahimoğluynan bu barədə danışdım. Dedi ki:  Abbas, sən dediklərinin bir 80% -ni Tiflisdə bir nəfər deyib. Gürcüstan höküməti də onu qoyub tetrlar üzrə baş müdir. Yəni ki, elə qardaşım. Vaqif məktub yazdı  prezidentə. Amma rəhmətlik mənim dediyimin üstünə bir -iki artıq, məncə bizə lazım olmayan variyantlar da əlavə elədi. Amma demədi ki, bunu Abbas bilir, şərait yaradaq, o eləsin. Abbas kimdi ki? Məclisdədə teatr haqqında qanuna bir dənə “prodüsser” sözünü əlavə edib, fikirləşdilər ki, reforma elədilər. Mənim təkliflərimdə əsas qayə təşşəbüs məsələsidir. Keyfiyyətə görə bilet qiyməti və bu qazancdan aktyorlara o biri təssərüfat işçilərinə faizlə qonarar vermək. Dövlətdən yüksək maaş gözləyirlər. Yüksək maaş, əvvəla, olmayacaq. Çünki ölkədə nə qədər həkim var, müəllim var…Aktyorlara təqaüd, mükafat, ev və s. verilir. Amma bu məsələ qıraqdan nizamlanır və ortalığa yaradıcılığa dəxli olmayan məsələlər çıxır. Teatrın yaradıcılıq məsələləri siyasiləşir…Hamı bu mükafata görə çinovniklərdən asılı vəziyyətə düşür.  Aktyor yaradıcılığı, aktyor təşşəbüsü sıfır vəziyyətə düşüb. Bir soruşan da yoxdur ki, ay bala, sən nə istəyirsən? Teatr yaradıcılığı maddi durumu bir başa tamaşaçıdan asılı olmadığı üçün məsələlər başqa məcraya yönəlir. Elə “Teymur” da həmən məsələlərdəndir. Rejissor deyir ki, sən məni qane etmirsən. Atan rəhmət. Mən də ona deyirəm ki, məncə sən əsəri düz açmırsan. Müdirə deyirəm. Deyir, sən düzsən, amma heç  nə edə bilmərəm. Axı necə olur, düz söz  işdən qıraqda qalır? Əgər teatr kassadan bəhrələnsəydi, yəni əli yaxşı qazanca çatsaydı, belə olmazdı. Bir dəfə efirdən dedim ki, fəxri adları yavaş-yavaş götürüb, yaradıcılığı başqa cür stimullaşdırmaq lazımdır. İnan mənə, üstündən heç 20 gün keçməmiş fəxri ada görə simvolik pul təyin elədilər. Efirdə dedim ki, 2 manata Hamlet oynamazlar. Bir də gördüm, biletın qiymətini qaldırıblar 6-10 manata. Ha-ha Ha..Ay balam, mən siznən qarın davası eləmirəm axı! Mən başqa məsələdən danışıram..Bir maraqlanın da, nə demək istəyirəm?Yox, nə danışırsan? Abbas kimdi ki? Müxalifətçi iyi gəlir ondan..Hələ bir roldan da çıxarırlar ki, alə,  voobşe sən aktyor deyilsən..Bax onda adamın başı doğrudan xarab olur…

“Heç bir teatr heç bir hakimyyəti yıxmayıb…”


–              Bir neçə ay bir tamaşanın məşqlərində iştirak eləmişəm. Azərbaycanlı atkyorlarla müsahibələrim olub, başqa yerlərə verdikləri müsahibələri oxumuşam. Ən yaxşı halda bunu deyə bilərəm ki, əksəriyyəti oynadıqları tamaşaların müəlliflərindən  başqa dramaturq, yazıçı tanımırlar. Hətta elə aktrisa tanaıyıram ki, oynadığı pyesi oxumur, sadəcə öz rolunun sözlərini əzbərləyir. Azərbaycan aktyorunun adətən savadsız, vətəndaş mövqeyi olmayan, tamada obrazlarının yaranması kimlərin günahıdı? Və yaxud, niyə bu sahəyə çox vaxt ədəbiyyatı, dramaturgiyanı sevməyənlər gəlir?

–              Dediklərin aktyor təşşəbüsünün, yaradıcılıq həvəsinin,ö z üzərində işləməməsinin səbəblərindən irəli gəlir. Bu, Teatrla öz həyatlarını  qura bilməmək imkansızlığından doğur. Yəni kim olursan, ol, aktyor  və ya rejissor kimi populyar və ya sənətkar ola bilərsən, amma minumum qazanc qıraqda olduğu üçün, kənara qaçacaqsan. Teatr işi səngiyəçək. Amma biləndə ki, sən teatrda işləyərək öz həyatını qurmaq öz yaradıcılıq səyindən asılıdır, onda ciddilik və professionallıq mütləq önə çıxmalıdır. İndi əsasən hər şeyi yaradıcılıq yox,münasıbətlər həll eliyir. Mən dediyin  biabırçı faktların nəticələridən deyil, səbəbini deyirəm.Təqaüdü almaq üçün nələr baş vermir. Konfliktlər və parçalanmalar..Amma tamaşaçı məqsədə çevriləndə bütün dəyərlər dəyişir. Pis münasibətləri də gizlədəcəksən ki, işinə, cibinə zərər dəyməsın.Truppa professionaldısa, qazanacaq, zəifdirsə, əlini acıb, pis çıxmasın indiki maaşını alacaq. İnan mənə, bu, dövlətə əmməli-başlı sərf eləyir. Teatr ona yük olmur. Əksınə. Senzurasızlıqdan qorxurlar? Nahaq yerə. Heç bir teatr heç bir hakimyyəti yıxmayıb..Teatrın işi yenə deyirəm bədiilikdır..İndiki qəzetlərin yazdığından kəskin olmayacaq ki, tamaşa? Amma kimsə dövlət büdcəsindən bir-iki qəpik yeməyi teatrın inkişafından üstün tutursa, bu, başqa məsələ..Moskva teatrları mən dediyim kimi işləyir.Nə olur, dövlət dağılır? Qoy, teatrlar yaradıcılıqnan pul qazanmağı öyrənsinlər də! Bunun dövlətə nə ziyanı var axı?!


–              Müasir ədəbiyyatı oxuduğunuzu bilirəm. Dəfələrlə sosial şəbəkələrdə yazdıqlarınızdan anladım ki, oxuyursunuz. Sevdiyiniz və sevmədiyiniz müəlliflər barədə nə deyə bilərsiniz?

–              Müassir ədəbiyyat və ya klassika imkan daxilində oxuyuram. Tərcümələr eliyirəm. Bunlar yalnız teatra köçürmək istəyindən gəlır. İndi bir pyes veriblər. Müasirdi,  çox xoşuma gəldi. Yəqin tərcüməni də özüm edəcəm..

“Elçin olmayacaq, indiki sistem başqa Elçin tapaçaq…”


–              Ədəbi zövqünüzə inandığım üçün Sizə bir sual vermək istəyirəm. Bu sualla Sizi çətin vəziyyətdə qoyduğumu bildiyimdən savab verməsəniz də, başa düşəcəm. Elçin Əfəndiyevin Akademik Milli Dram Teatrının repertuarının böyük hissəsini təşkil edən pyesləri barədə nə düşünürsünüz?

–              Günel,  Elcin Əfəndiyevi də teatrda qoymaq olar. Amma teatr daha çox onun vəzifəsini qabardır. Teatrı çeviriblər müəllif teatrına. Elçin olmayacaq, indiki sistem başqa Elçin tapaçaq. Problem teatrın özündədir. İnan səmimiyyətimə, mən “Teleskopu”məmnunyyətlə qurardım. Amma teatr öhdəsindən gəlmədi.  Məsələ, məncə indi kimi qoymaq deyil, necə qoymaqdır!  Amma müəllif monopoliyası da var. Bu şəksizdir.  Mən dediyim sruktur məsələsi teatra seçim imkanı yaradır. Bayaq, teatr açmaq məsələsindən sual vermişdin. Bizim teatrda gördülər nə isə bacarıram, “yolka” tamaşası verdilər. Hazırladım. Amma bundan artığına razı olmadılar. Üzümə “hə” dedilər,arxada başqa işlər gördülər. Hər vəchlə rejissorluğumu gizlətdillər. Düşdüm qapı-qapı. Hüseynağa teatr açanda yanında oldum, sonra dalımdan dəydı. Getdim, tamaşa xahiş elədim,  vermədi. Teatrların yarısında olmuşam. Hamısı üzümə “hə” deyib. Amma işdə  əksini eliyiblər. Cılız hisslər görüb, uzaqlaşmışam..Ola bilər, məndə də səhv olub. Amma inan mənə, cüzi imkan da olsaydı, tamaşa qoyardım. Aktyor dostlarımı yığmışam, pyes tərcümə edib gətirmişəm, amma görmüşəm ki, məni yola verirlər. Görməmişəm ki, kişi kimi desinlər ki, eliyək, yaxşıdı. Yoxdu bunlarda elə şey. Mənim kimi teatrı atıb, rejissor dalınca gedə bilmirlər..İndi də baxıram oyunlarına,  peşələri var amma sənətkarlıqları görünmür..Mənim səhvim odur ki, aktyorluğumu qırağa qoymamışam. Yəni kobud desəm, çörəyim  bundan çıxıb. Özümü rejissor kimi tam səfərbər eliyə bilməmişəm. Amma anlayıram,  köməksiz,  təkbaşına bu mümkün deyil..İndi də yenə gec deyil..Qüvvəm də var, bacarığım da..Təklif də var. Özü də çox çiddi. Görək, qarşı tərəf nə qədər səmimi və çiddi olacaq..

“Total savadsızlıqla, dediyim şeylərə laqeyidliklə qarşılaşmağım mənə əzab verir…”


–  Bu sual deyil, daha çox etirafdı. Müxtəlif məqalələrdən, müsahibələrinzidən həyatınız, keçdiyiniz yaradıcılıq yolu ilə tanışam, oxumuşam. Çox istərdim ki, Sizinlə siyasi-ictimai məsələlər barədə deyil,  sənət, hər bir istedadın özəyini təşkil edən əzablarınız, həyatınız barədə söhbət edim, bir sözlə psixoloji, yaradıcı portretinizi yazmağa çalışım. Amma bu gün elə bir vəziyyətdəyik ki, ölkədə tanınan, sevilən insanların ictimai mövqeyi olduqca lazımlı və dəyərlidir. Belə bir vaxtda susmadığınıza görə Sizə minnətdaram…

–              Kişi əzab əziyyət çəkməlidir. Deməli nə sə bir amalı var. Sevdiyim sənət və bir də həyat yoldaşım var.Bəsimdi! Bir yaxşı rol oynayanda, ya da inan, kiminsə  işi mənə ləzzət edəndə bütün əzab-əziyyətlətimin üstündən xətt çəkilir. Mən əvvəllər anlamırdım, amma sonra yavaş-yavaş anladım ki, ürəyimcə olanı, yəni duyduğumu, məni ağrıdanı ifadə edə bilirəm. Başqa çür məndə alınmır. Sonra bildim ki, bu özünüifadədidir. Rejissorlarımız buna görə məni çətin, qəliz aktyor adlandırırlar. Mən bütün aktyor dostlarıma, kolleqalarıma rolun ifaçısına deyil, onun müəllifinə çevrilməyinə arzulayıram..Şəxsiyyət və rol.  O.Yankovski demişkən, aktyor daxilindəki, ətrafındakı, dünyadakı prossesləri daima izləməlidir. Bir də  ətrafımda total savadsızlıqla, dediyim şeylərə laqeyidliklə qarşılaşmağım mənə əzab verir…

Ana səhifəXəbərlərAbbas kimdi ki? Müxalifətçi iyi gəlir ondan…