90 min şagird rus dilində təhsil alır

”450 mindən çox şagird isə rus dilini xarici dil kimi öyrənir”

Source:
Mikayıl Cabbarov
Mikayıl Cabbarov
Mikayıl Cabbarov
Mikayıl Cabbarov


”450 mindən çox şagird isə rus dilini xarici dil kimi öyrənir”

Azərbaycanın orta məktəblərində 90 min şagird rus dilində təhsil alır.

APA bu xəbəri təhsil naziri Mikayıl Cabbarovun “Təhsil, elm, mədəniyyət sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda keçirilən konfransdakı çıxışına istinadən yayıb.

M.Cabbarov bildirib ki, rus dilinin Azərbaycanda öyrənilməsi multikulturalizm prinsipinə əsaslanır. “Bu gün 340 orta məktəbdə 90 min şagird rus dilində təhsil alır. 450 mindən çox şagird isə rus dilini xarici dil kimi öyrənir”, – deyə nazir qeyd edib.

Hazırda Azərbaycandakı orta ümumtəhsil məktəblərində 1 milyon 200 min şagirdin təhsil aldığı bildirilir.

Ana səhifəXəbərlər90 min şagird rus dilində təhsil alır