Paytaxt Bakının Bakıxanov və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən məcburi köçkünlərin bir vaxtlar məskunlaşdıqları Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanaları sökülür.
Həmin ərazidə ümumilikdə 6 binanın söküntü işləri gedir.
Doqquzmərtəbəli binada yaşayan sakinlər isə Masazır qəsəbəsində yeni inşa olunmuş yaşayaış evləri ilə təmin olunublar.
Lakin hazırda 15-ə yaxın ailə ki, onlara Masazır qəsəbəsində təklif edilən evlərdən narazı qalıblar və evlərindən çıxmaqdan imtina ediblər.
Xatırladaq ki, hazırda Bakıda Heydər Əliyev prospektində 3 və 4 mərtəbəli binalarən söküntüsü davam etdirilir.
Binaların sökülməsinin əsas məqsədi 2015-ci ildə Bakıda keçiriləcək “I Avropa Oyunları” ilə əlaqədardır.
Binaların sakinləri isə şəhərin müxtəlif yerlərində mənzilllərlə təmin olunublar.