801 dərmanın qiyməti müəyyənləşib

Qeydiyyata alınmış dərman vasitələrinin təqribən 15%-nin aşağı satış qiymətləri təsdiqlənib

Source:

Qeydiyyata alınmış dərman vasitələrinin təqribən 15%-nin aşağı satış qiymətləri təsdiqlənib

Tarif Şurasının avqustun 25-də keçirdiyi növbəti iclasında daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilib

Ümumilikdə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib ki, nəticədə 46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb, bütövlükdə isə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınıb.

Bununla da, qeydiyyata alınmış dərman vasitələrinin təqribən 15%-nin aşağı satış qiymətləri təsdiqlənib.

Məlumatda bildirilir ki, ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq.

1057 dərman vasitəsinin təsdiq edilmiş qiymətləri 2015-ci il sentyabrın 15-dən qüvvəyə minəcək. Şuranın qərarına əsasən, həmin gündən qiymətləri təsdiq edilməmiş dərman vasitələrinin satışı yalnız qiymətlər təsdiq edildikdən sonra həyata keçirilə bilər. (Azadlıq Radiosu)

Ana səhifəXəbərlər801 dərmanın qiyməti müəyyənləşib