7 universitetin prorektoru işdən çıxarılıb

Öz ərizələrinə əsasən işdən çıxanlar da olub

Source:


Öz ərizələrinə əsasən işdən çıxanlar da olub

Son iki ayda Azərbaycanda 7 ali təhsil müəssisəsinin prorektoru vəzifəsindən çıxarılıb. Bu barədə “Report”a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, Lənkəran Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə Azərbaycan Texniki Universitetinin professoru Nizami Yusubov təyin edilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru vəzifəsinə Gülşən Əliyeva təyin edilib. G.Əliyeva 2001-ci ildən həmin universitetdə müəllim, baş müəllim, kafedra müdiri, professor vəzifələrində işləyib.

Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru həmin universitetdə 1976-cı ildən müxtəlif vəzifələrdə çalışmış Rafiq Novruzov təyin edilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris işləri üzrə prorektoru Vaqif Qurbanov öz ərizəsinə əsasən işdən azad edilib. Həmin vəzifəyə isə Qasım Məmmədov təyin olunub.

.

Ana səhifəXəbərlər7 universitetin prorektoru işdən çıxarılıb