7 milyard 448.7 milyon dollar borcumuz var

Xarici dövlət borcunun 82.3 faizi əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumlarından götürülüb

Source:


Xarici dövlət borcunun 82.3 faizi əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumlarından götürülüb

1 aprel 2016-cı il tarixinə Azərbaycanın xarici dövlət borcu 7,448.7 milyon ABŞ dolları (11,486.6 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti isə 21.0 faiz təşkil edib.

Meydan TV

Maliyyə Nazirliyinə

istinadən məlumat verir ki, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcunun 82.3 faizi əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə və 17.7 faizi beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb edilib.

Ana səhifəXəbərlər7 milyard 448.7 milyon dollar borcumuz var