643 şəxsin ölkədən çıxışı yasaqlanıb

Vergilər Nazirliyi avqustun 4-də ölkədən çıxışı məhdudlaşdırılan şəxslərin siyahısını yayıb

Source:


Vergilər Nazirliyi avqustun 4-də ölkədən çıxışı məhdudlaşdırılan şəxslərin siyahısını yayıb

Vergi borcu olan 356

hüquqi

 şəxsin icra orqanının rəhbərlərinin və 287

fiziki

 şəxsin ölkədən getmə hüququ məhdudlaşdırılıb.

Vergilər Nazirliyi avqustun 4-də ölkədən çıxışı məhdudlaşdırılan şəxslərin siyahısını yayıb.

Bu ilin yanvar-may ayları üzrə 20 min manatdan çox vergi borcunu ödəməkdən yayındığına görə, barələrində açılmış cinayət işi üzrə məhkəməyə göndərilən hüquq şəxslərin sayı 44, fiziki şəxslərin sayı 11 olub.

Nazirlik iyunun 24-də 50 şou-biznes nümayəndəsinin vergi borcu olduğunu açıqlamışdı.

“İcra haqqında ” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15.-3-cü maddələrinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Ana səhifəXəbərlər643 şəxsin ölkədən çıxışı yasaqlanıb