6 saatdan çox davam edən dindirmə başa çatdı

Hüquq müdafiəçisini xəbərdar ediblər ki, mənzilində və ofisində axtarış aparılmasa, buraxılmayacaq

Source:


Hüquq müdafiəçisini xəbərdar ediblər ki, mənzilində və ofisində axtarış aparılmasa, buraxılmayacaq

Aprelin 29-da səhər saat 8 radələrindən Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində hüquq müdafiəçisi Leyla Yunusun dindirməsi saat 15-də başa çatıb, istintaq təxminən 6 saatdan çox davam edib. Dindirmədə vəkil Xalid Bağırov da iştirak edib.

Bu barədə Meydan TV-nin hadisə yerində olan əməkdaşı məlumat verib. Leyla Yunus jurnalistlərə bildirib ki, ona ünvanlanan suallar hazırda həbsdə olan “Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirovla bağlıydı: “Çox adi və təkrarən verilən suallar idi, Raufla dostsanmı və s. Məni xəbərdar etdilər ki, mənzilində və ofisində axtarış aparmasalar evə buraxılmayacaqsan. İndi evə gedirəm, jurnalistləri də axtarış zamanı  müşahidə aparmağı dəvət edirəm”. Hüquq müdafiəçisi əlavə edib ki, ona heç bir ittiham elan edilməyib. “Mənə Bakını tərk etməmək barədə iltizam təqdim etsələr də, sənədi imzalamadım”.

Leyla Yunus hazırda 1 saylı Mərkəzi Klinikanın reanimasiya şöbəsində olan həyat yoldaşı Arif Yunusun səhhətindən narahat olduğunu da bildirib.

Ana səhifəXəbərlər6 saatdan çox davam edən dindirmə başa çatdı