6 milyon manatlıq vergi cinayəti

106 şirkətin iştirak etdiyi vergi cinayəti açılıb

Source:


106 şirkətin iştirak etdiyi vergi cinayəti açılıb

Vergilər Nazirliyi mütəşəkkil cinayətkar qrupu ifşa edib. Qrup 2011-2013-cü illərdə dövlət büdcəsinə bir neçə milyon manat vergi ödəməkdən imtina edib. Buna qədər qrup 106 şirkətin xidmətindən istifadə edib. Onları əvvəllər mühakimə olunmuş İlkin Cahangir oğlu Abbasov yaradıb.

Nazirliyin məlumatına görə, İ.Abbasov Mirzəyev Allahyar Adaşil oğlunu 54 MMC-yə, Əsgərov Dərgah Fəzail oğlunu 23 MMC-yə, Fətullayev Samir İzmir oğlunu  28 MMC-yə, Kazımov Fikrət Əliəkbər oğlu və İsmayilov Ələkbər Hüseyn oğlunun hərəsini bir bir şirkətə rəhbər təyin dib. Qrup İ.Abbasovun istintaq təcridxanasında saxlanılan atası, “Qlobus M”nin direktoru olmuş Abbasov Cahangir Oktay oğlunun xidmətindən də istifadə edib.

Qrup üzvlərinə qarşı mülki iddianın ümumi məbləği 6,6 mln manatdır. Qrup üzvləri istintaqdan yayınmağa çalışıb. Ötən ilin dekabrında cinayətkar dəstənin bütün üzvləri barəsində həbs qətimkan tədbiri seçilib.

Maraqlıdır ki, Vergilər Nazirliyi bu qrupun böyük pullara necə yetişdiyi barədə yazmır. Məlumatda tender yolu ilə həyata keçirilən bir neçə dövlət satınalmasından (Samuxda iki kənd məktəbi tikintisi, Salyanda avtoyolun əsaslı təmiri) danışılır. Necə olub ki, kadr potensialı, maliyyə ehtiyatı (tenderdə iştirak üçün minimum müəyyən bank zəmanəti tələb olunur) və hətta lisenziyası olmayan şirkətlər tenderdə qalib gəlib?

Turan bir şəxsin o cümlədən Allahyar Mirzəyevin çoxlu şirkətlər yaratması (12 fevral 2014-cü il) barədə yazmışdı. Hüquq mühafizə orqanları hələ bu məqaləyə reaksiya verməyib (Turan İA).

Ana səhifəXəbərlər6 milyon manatlıq vergi cinayəti