5414 uşaq ailələrə verilib

Ən çox uşaq 2012-ci ildə övladlığa götürülüb

Source:


Ən çox uşaq 2012-ci ildə övladlığa götürülüb

Ədliyyə Nazirliyi internat müəssisələrindən uşaqların 2005-2006-cı və 2010-2013-cü illərdə övladığa götürülməsinin nəticələrinə dair açıqlama yayıb.

Adı çəkilən dövrdə cəmi internat müəssisələrindən 5414 uşaq övladlığa verilib. Sənədə əsasən, 2005-2006-cı ilərdə ümumilikdə 1732 – 2005-ci ildə 803, 2006-cı ildə isə 929 uşaq valideynlər tərəfindən övladlığa götürülüb. Bu illərdə övladlaşdırma prosesi yüksələn xətlə inkişaf edib.

2010-2013-cü illərdə 3682 uşaq övladlığa götürülüb. 2010-2012-ci illərdə dinamika inkişaf edən xətlə yüksəlib. Belə ki, 2010-cu ildə 798, 2011-ci ildə 934, 2012-ci ildə 989 uşaq övladlaşdırılıb. 2013-cü ildə isə övladlığa götürülən uşaqların sayı 961 olub. Bəhs olunan dövrdə övladlğa götürülən uşaqların 1105 nəfəri 1 yaşa qədər, 2359 nəfəri yaş yarımlıq olub. 6-10 yaşında övladlığa götürülən uşaqlar 1075, 11-17 yaşında övladlığa götürülənlər isə 975 nəfər təşkil edib.

Adı çəkilən dövrdə 339 uşağın övladlığa götürülməsi haqda qərar ləğv edilib. Bunlardan 5 nəfəri bir yaşa, 39 nəfəri yaş yarıma qədər olan uşaqlardır. 6-10 yaş arasında övladlığa götürülmə haqda qərarı ləğv edilən uşaqlar 43 nəfər təşkil edir.

Övladlığa götürülmə haqda qərarın ləğv olunması 11-17 yaş uşaqlar arasında üstünlük təşkil edir. Belə ki, bu yaş kateqoriyasına daxil olan 251 uşaqla bağlı övladlığa götürmə haqda qərara xitam verilib.

Ana səhifəXəbərlər5414 uşaq ailələrə verilib