Xarici kompaniyalar və fiziki şəxslər 2014-cü ildəki iqtisadi böhrandan sonra ölkədən kapital çıxarmağa başlayıb
“Distrilab”, “Buz Alen Hamilton İnc.”, “Grundfos Pompa Sanayi ve Ticaret Ltd.”, “Niko İnternational Ltd.” və “Makimsan Asfalt Taahhüt İnşaat Sanayi ve Ticaret Anonim” şirkətləri Azərbaycanı tərk edib.
Bu haqda “Turan” Vergilər Nazirliyinə istinadən yazıb. Nazirlik bu şirkətlərin qeydiyyatını ləğv edib.
Vergilər Nazirliyi bu şirkətlərin ölkəni tərk etmə səbəbi ilə bağlı əlavə məlumat verməyib.
Ötən bazar günü “Kempinski” şirkəti Badamdardakı otelin idarəçiliyindən çəkilib.
Bundan əvvəl Rusiyanın “AKTAVİS”, Böyük Britaniyanın “Bİ CEY SERVİSEZ KOMPANİ MİDL İST LİMİTED” və İsveçrənin “SCHERİNG-PLOUGH CENTRAL EAST AG” şirkəti, “Turkapital Holding”, Sinqapurun “Petro Singapore Trading PTE Ltd.”, Belçikanın “Puratos” şirkəti, Royal Dutch Shell PLC Azərbaycandakı nümayəndəliklərini ləğv edib.
Fransanın “Technip Maritime Overseas LTD” və İtaliyanın “Maccaferri Azerbaijan” MMC şirkətləri də Azərbaycanda fəaliyyətlərini dayandırıb.
ONGC Videsh Limited şirkəti AÇG neft layihəsindən çıxacağını bildirib. Xarici kompaniyalar və fiziki şəxslər 2014-cü ildəki iqtisadi böhrandan sonra ölkədən kapital çıxarmağa başlayıb.