“45 il zülm olmaz axı!” (VIDEO)

Mayın 12-dən Müsavat partiyasının qərargahında siyasi məhbuslar üçün aclıq aksiyası keçirilir.  Aclıq edənlər siyasi məhbusların tezliklə azad olunmaqlarını tələb edirlər.

Şakir Abbasov: “Nədir o siyasi məhbusların günahı?  Hərəsinə bir damğa vurub atırsınız.  Nədir bəlkə ikinci Allahsınız?”

Müsavat Partiyasının Binəqi rayon təşkilatının sədri Rauf Ağanın sözlərinə görə siyasi məhbuslar son vaxtlar dözülməz şəraitdə saxlanılırlar.

Şakir Abbasov” yemək heç yadımıza düşmür, daima meydanlarda çörəyimizi bölmüşük” deyir.

İştirakçılar aclığın müddətsiz olduğunu, mübarizəni sona qədər davam etdirəcəklərini bildirirlər.

Müsavat Partiyasının digər üzvü Əli Həsənov aclıq aksiyasını birinci dəfə keçirmədiyini deyir. O bildirir ki, səhhətində hələ ki, problem yoxdur.

Aksiya iştirakçıları təkcə su içirlər.Onlar bildirirlər ki, gücləri çatana kimi aclığı davam etdirəcəklər. Aclıq edənlər beynəlxalq təşkilatların və iqtidar nümayəndələrinin aksiya ilə maraqlanmadığını deyirlər.

Ana səhifəVideo“45 il zülm olmaz axı!” (VIDEO)