44 yaşlı hərbçi ürəktutmasından həyatını itirib

Yüngül infarkt keçirib, amma özünü qorumayıb, elə həmin axşam da ürəyi dayanıb.

Source: meydan tv


İcra nümayəndəsi: ''Yüngül infarkt keçirib, amma özünü qorumayıb, elə həmin axşam da ürəyi dayanıb''

İyulun 27-də Tərtər N saylı hərbi hissədə qulluq edən 44 yaşlı hərbçi Zaur Ramiz oğlu Xasməmmədov vəfat edib. O, yaşadığı Ucar rayonu Qazqumlaq kəndində torpağa tapşırılıb.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, 1970-ci il təvəllüdlü Zaur Xasməmmədov hərbi xidmətdə ürəktutmasından həyatını itirib. Faktı Meydan TV-yə Qazıqumlaq kənd icra nümayəndəsi Mehman Məmmədov da təsdiqləyib.

O, iyulun 29-da mərhumun 3 mərasiminin verildiyini deyib:

“Onun ürəyində problem varmış. Yüngül infarkt keçirib, amma özünü qorumayıb, elə həmin axşam da ürəyi dayanıb. Qardaşı da ekspertizada iştirak edib“.

Ana səhifəXəbərlər44 yaşlı hərbçi ürəktutmasından həyatını itirib