Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsindəki energetika pansionatı kimi tanınan və 400 məcburi köçkünün məskunlaşdığı binanın I mərtəbəsinin döşəməsi çöküb.
Hadisə ötən gün axşam saatlarında baş verib. Nəticədə azyaşlı Gülnar Bayramova xəsarət alıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Xəzər rayon İcra Hakimiyyətnin nümayəndələri hadisə yerinə baxış keçiriblər. Lakin sakinlərin bildirdiyinə görə, onların qəzalı vəziyyətdə olan binadan köçürülməsi ilə bağlı heç bir tədbir görülməyib. Bu səbəbdən də bina sakinləri həmin axşamı binanın həyətində keçirtmək məcburiyyətində qalıblar.