”Həbsdən azad edilmiş insanların sayı isə 28 faiz artıb”
Azərbaycanda bir neçə məhbus xəstəlikdən ölüb.
APA yazır ki, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan məhkumlar – 1965-ci il təvəllüdlü Mehman Hümbət oğlu İbrahimov, 1934-cü il təvəllüdlü Qurban Əbuzər oğlu Nəsirov, 1985-ci il təvəllüdlü Elnur Mustafa oğlu Bəkirov və 1949-cu il təvəllüdlü Sərvər Hümbət oğlu Məmmədov xəstəlikdən vəfat ediblər.
Azərbaycanda həbsdən azad edilmiş insanların sayı artıb. Bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş nazirliyin kollegiya iclasında deyilib.
Bildirilib ki, ötən ilin birinci yarımili ilə müqayisədə istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faizə qədər azalıb:
“Həbsdən azad edilmiş insanların sayı isə 28 faiz artıb. Bundan başqa, müxtəlif əsaslarla, o cümlədən cəzanın yüngüllüyü ilə bağlı hökmlərdən verilən protestlər də xeyli azalıb”.