4 ilin tarixçəsi

Nida yaranərkən qarşısına qoyduğu məqsədlər…

Source:

Bu gün Nida Vətəndaş Hərəkatının yaranmasından 4 il keçir.4 il əvvəl bir qrup gənc bir araya gələrək ölkənin, xalqın taleyinə biganə qalmamağı əsas gətirərək bu qərarı qəbul etdi və Nida təsis olundu.Bu, sadəcə bir neçə gəncin qurduğu təşkilat yox, həm də ölkədə baş verən özbaşınalıqlara, haqsızlıqlara etiraz etməyə qalxan gəncliyin xəbərçisi idi.O gənclik ki, qısa zamanda avtoritar ölkə rəhbərliyini narahat etməyi bacardı.Narahatlıq bir kənara, bu gəncliyə qarşı sərt addımlar atmağa gətirib çıxardı.Hakimiyyətin qorxulu röyasına çevrilən bu gənclər işlərində heç bir qanunsuzluğa, qeyri-sivil addımlara yol verməmişdi.Bu zaman həmin gücün qarşısını almaqçün bir variant var idi: şərləmək.Minlərlə çirkin əməllərə qol qoyanlar əlbəttə ki, bunu da edəcəkdi.Və hərəkatın yaranmasının 2-ci ilində bu intelektual, yenilikçi gəncliyə qarşı repressiyalar başladı.Ard-arda bir neçə gənc şərlənərək həbs olundu.Uzun müddətli məhkəmələr başlandı.Hər cür özbaşınalıq etdilər.Sonda günahsızlıqları sübut olunan bu gənclərə 6 ildən 8 ilədək hökm oxundu.Hələ də o gənclərdən həbsdə olanlar var.Sadəcə məhkəmələr dövründə Azərbaycan hakimiyyəti polis, məhkəmə, prokurorluq orqanları vasitəsilə bütün mahiyyətini nümayiş etdirdi.Məqsəd isə talançılıq, özbaşınalıq əməllərinə etiraz edən səsləri boğmaq idi.Amma nail ola bilmədilər.Xalqın taleyüklü məsələlərini çiyinlərində daşımağa qərar vermiş gənc nəsil buna imkan vermədi.Düzdür, bütün ölkədə hökm sürən ümidsizlik Nidaya da təsir etdi, amma hərəkat qısa zamanda toparlana bildi.

Nida yaranərkən qarşısına qoyduğu məqsədlər qısa müddətli yox, gediləsi uzun və çətin bir yol idi.Biz bu gün də həmin yoldayıq, məqsədlərimizə çatmaq uğrunda inamla irəliləyirik.Ölkədəki azsaylı müstəqil təşkilatlardan biriyik.Hər işimiz fədakar üzvlərimizin sayəsində gerçəkləşir.Bu cür vətəndaşlarımız olduğu müddətdə ölkəmizin Şimali Koreyanın, Özbəkistanın, Suriyanın, Misirin gününə düşməsinə imkan verməyəcəyik.İnanırıq ki, getdiyimiz yol haqq yoludur.Xalqımızın azad, ədalətli cəmiyyətdə yaşamasını, bütün insani haqlara sahib olmasını istəmək, buna görə mübarizə aparmaq bizim üçün şərəfdir.Əminik ki, bir gün bütün məqsədlərimizə nail olacağıq.Nidamız güclü olsun!

Ana səhifəMənim Fikrimcə4 ilin tarixçəsi