“3 ton heroin məsələsi prezidentin nəzarətindədir”

Baş Nazirin müavini Əli Həsənov 3 ton heroini müzakirəyə çıxartdı

Source:


Baş Nazirin müavini Əli Həsənov 3 ton heroini müzakirəyə çıxartdı

Avqustun 14-də Baş Nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun yanında Dövlət Komissiyasına üzv olan aidiyyəti orqanların məsul şəxslərinin iştirakı ilə qapalı iclas  keçirilib.

Komissiyadan modern.az saytına bildirilib ki, iclasda cari ilin iyul ayının 11-də Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin ölkədə külli miqdarda (2.800 litrə yaxın yuyucu maddədə həll edilmiş 588 kq 885 qr heroin, 11 kq 759 qr morfin və 2 kq 201 qr kodein) narkotik maddənin saxlanılması və bu narkotik maddənin Azərbaycan ərazisindən tranzit olaraq keçməsi barədə olan ilkin məlumat üzrə aidiyyəti orqanlar tərəfindən aparılan araşdırmanın nəticələri müzakirə edilib. Toplantıda araşdırmanın davam etdirilməsi, görülən işlər barədə Dövlət Komissiyasının mütəmadi olaraq məlumatlandırılması barədə müvafiq tapşırıqlar verilib.

İclasda məsələnin Azərbaycan prezidentinin gündəlik nəzarətində olduğu vurğulanıb.

Gürcüstan hüquq-mühafizə orqanlarının bundan öncə yaydığı məlumatda bildirilmişdi ki, araşdırma nəticəsində məlum olub ki, yük maşını Gürcüstana Azərbaycan sərhədindən daxil olub və Gürcüstan-Türkiyə sərhədinə doğru gedirmiş. İlkin nəticələrə görə narkotik maddənin tərkibi 80 faiz təmiz heroindən ibarətdir.

Ana səhifəXəbərlər“3 ton heroin məsələsi prezidentin nəzarətindədir”