“28 Mall” ticarət mərkəzində yanğın olub

Hadisə yerinə 4 yanğınsöndürən briqadası cəlb olunub

Source:


Hadisə yerinə 4 yanğınsöndürən briqadası cəlb olunub

Bakının Nəsimi rayonunda, “28 may”  metro stansiyası yaxınlığında yerləşən “28 Mall” ticarət mərkəzində yanğın olub. APA-nın məlumatına görə, yanğın binanın üst mərtəbəsində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb olunub. Ticarət  mərkəzində olanlar təxliyə olunub. Baş vermiş yanğının səbəbi hələlik məlum deyil. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Son məlumata görə, ticarət mərkəzində başlayan yanğın söndürülüb.  Hadisə yerinə 4 yanğınsöndürən briqadası cəlb olunub. Binanın tavan hissəsi xeyli ərazidə yanıb. Artıq yanğın söndürülüb.

Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.

Ana səhifəXəbərlər“28 Mall” ticarət mərkəzində yanğın olub