28 Mall-da bomba həyəcanı (VİDEO)

APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, “28 Mall” ticarət mərkəzində baş verib. Partlayıcı olması barədə məlumat daxil olduqdan dərhal sonra əraziyə Fövqladə Hallar Nazirliyinin xilasetmə qüvvələri, istehkamçılar, polis əməkdaşları, təcili yardım briqadaları cəlb edilib.

Ticarət mərkəzinin partlayıcının olduğu bildirilən hissəsinə giriş məhdudlaşdırılıb, istehkamçılar axtarışlara başlayıblar.

Axtarış işləri 1 saata yaxın davam edib. APA TV-nin əldə etdiyi məlumata görə, ticarət mərkəzinə bomba qoyulması ilə bağlı məlumat təsdiqlənməyib.


***


İnsanlar binadan təxliyyə edilib

Bakıda iri ticarət mərkəzlərindən birinə bomba qoyulması barədə məlumat yayılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Nəsimi rayonunun ərazisində fəaliyyət göstərən “28 Mall” Ticarət Mərkəzinə bir nəfər zəng vuraraq obyektə dostu tərəfindən bomba qoyulması barədə məlumat verilib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, insanlar ticarət mərkəzindən təxliyə edilib.

Hazırda ticarət mərkəzində axtarışlar aparılır.

Ana səhifəVideo28 Mall-da bomba həyəcanı (VİDEO)