Müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunduğu bildirilir
Məlumatı Səhiyyə Nazirliyi yayıb.
Müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunduğu bildirilir:
“Nikaha daxil olmaq üçün müayinə olunanların əksəriyyətinin durumu qənaətbəxş olub. 10501 nəfərdə talassemiya daşıyıcılığı, 935 nəfərdə sifilis, 166 nəfərdə isə AIDS aşkarlanıb”.
“Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqindən sonra ölkədə nikaha girən şəxslər müayinə edilir. Qaydanın tətbiqinə 2015-ci il iyunun 1-dən başlanıb.