”2019-cu ildən gözləntilər özünü doğrultmaya bilər”

Qubad İdaboğlu: ”Azərbaycanda neft hasilatı əvvəlki illə müqayisədə azalacaq”

Source:
Qubad İbadoğlu
Qubad İbadoğlu


Qubad İdaboğlu: ”Azərbaycanda neft hasilatı əvvəlki illə müqayisədə azalacaq”

“Qeyri-neft sektoruna güvənən dayanıqlı iqtisadiyyatın qurulmaması 2019-cu ildə xarici şokların rolunu daha da yüksəldib”.

İqtisadçı Qubad İbadoğlu belə deyir. Bildirir ki, 2019-cu ildən gözləntilərdən danışarkən daha çox neftin dünya bazar qiymətindəki dəyişikliklər nəzərdə tutulur.

“Müstəqilliyimiz qədər kövrək olan iqtisadiyyatımızın dünya bazarından asılılığı son illər ərzində azalmaq əvəzinə, yenidən artmağa başlayıb. 2015-ci ilin ikiqat devalvasiyasından sonra investorların və istehlakçıların etimadını tam itirmiş manata azacıq inam yarandığı indiki ərəfədə nəzərlər yenidən dünya bazarında neftin qiymətinə dikilib”.

Onun fikrincə, bu sahədə əvvəlki illərlə müqayisədə 2019-cu il üçün proqnoz vermək daha da çətinləşib.

“Bu il Beynəlxalq Dəniz Təşkilatı tərəfindən tətbiqi nəzərdə tutulan dəniz yanacağının tənzimlənməsinə dair normativ tələblərə, OPEK və ora daxil olmayan 10 neft istehsalçısının ötən ayın əvvəlində hasilatın azalması ilə bağlı qərarına, ABŞ-ın İran neftinin istehlakçıları üçün sanksiyalarına necə əməl olunacağı yanaşı Venesuelada hasilatın enməsinin, eləcə də Liviyanı hasilat səviyyəsini saxlamaq qabliyyətininin davam etməsinə qədər çox saylı amillər neftin dünya bazar qiymətinin müəyənləşdirilməsində əhəmiyyətli rol oynayacaq”.

Q. İbadoğlu yazıb ki, hesablamalar istehlakçılar üçün qiymətlərin 85 dollardan yuxarı, istehsalçılar üçün isə 55 dollardan aşağı olmasının məqbul olmadığını göstərir. Lakin hazırda dünya neft bazarında hər barrelin qiyməti 55 dollardan ucuzdur:

“Bu, o deməkdir ki, indiki qiymət istehsalçılar, o cümlədən Azərbaycan üçün sərfəli deyil. Əgər yuxarıda sadaladığımız səbəblərdən qiymət daha da ucuzlaşarsa, 2019-cu ildən gözləntilər özünü doğrultmaya bilər. Nəzərə almaq lazımdır ki, gəlirlərin formalaşması yalnız qiymətdən deyil, miqdardan da asılıdır. Rəsmi proqnozlara görə bu il Azərbaycanda neft hasilatı əvvəlki illə müqayisədə azalacaq”.

İqtisadçı bildirib ki, cari ildə Azərbaycan iqtisadiyyatında çox şey dünya bazarlarında neftin qiymətlərindən asılı olacaq:

“Təəssüf ki, əsas ixrac kəmərinin işə düşməsindən 12 il ötməsinə baxmayaraq, hələ də Azərbaycan iqtisadiyyatı dayanıqlı deyil. Neft sektorundan, neft bölməsi də dünya bazarındakı şoklardan əhəmiyyətli dərəcədə asılı vəziyyətdədir. Bu isə şübhəsiz ki, 2019-cu ildə iqtisadiyyatın idarəolunmasının risklərini artıracaq”.

2019-cu il üçün Azərbaycanın dövlət büdcəsində neftin bir barrelinin qiyməti 60 dollardan hesablanıb.

Ana səhifəXəbərlər”2019-cu ildən gözləntilər özünü doğrultmaya bilər”