”2017-ci ilin əvvəli dünya bazarında neftin qiyməti qalxa bilər”

İlham Şaban: Virtual oyunlar gedir, yaxud bazara pozitiv və neqativ informasiyalar yönəldilir

Source:


İlham Şaban: Virtual oyunlar gedir, yaxud bazara pozitiv və neqativ informasiyalar yönəldilir

“Son bir həftədə neftin qiymətinin enməsini OPEC-in sentyabrda Əcazairdə keçirilən toplantısıyla əlaqəlidir”, – neft sahəsi üzrə mütəxəssis İlham Şabanın fikridir.

İlham Şaban bununla bağlı Meydan TV-yə bildirib ki, toplantıda OPEC ölkələri kvotalarını 700 min barelə qədər azaltmaq haqda gözlənilməz qərar qəbul ediblər:

“Eyni zamanda, qeyri-OPEC ölkələriylə də hasilatın azaldılması üzrə danışıqlara başladılar. Bundan sonra neftin qiyməti 47 dollardan 53 dollara qədər artdı. Hətta bir az da çox. Oktyabrda neftin orta qiyməti 51 dollara qədər yüksəldi. Baxmayaraq ki, sentyabrda OPEC ölkələrinin öz hesabatına əsasən hasilat 33,86 milyon barelə qədər artmışdı”.

İlham Şaban deyir ki, hasilatı məntiqlə artırırlar və dünya bazarına təklifi çox verirlər, nəticədə sonrakı ay qiymət qalxır:

“Ruslar buna bazarların “süni qızdırılması” deyir. Oktyabrda da müxtəlif toplantılarla, danışıqlarla bazarların “süni qızdırılması” baş verdi, nəticədə neft real qiymətindən baha, arzuedilən qiymətə satıldı. Ancaq 28-29 oktyabr görüşlərində OPEC ölkələrinin Rusiyaya hasilatı azaltmaq təklifini Moskva rədd edəndən sonra Vyana görüşü də uğursuz başa çatdı. Beləliklə, bazar sentyabr məcrasına qayıtdı. Əslində, heç bir hadisə baş verməyib. Neft əvvəl bazar qiymətində necəydisə, elə də qalıb. Sadəcə, oktyabrda bazarın “süni qızdırılması” köpü aradan götürülüb”.

İlham Şaban bildirib ki, noyabrın 30-da Vyana toplantısında kvotaların azaldılması haqda qərar qəbul edilsə, 2017-ci ilin əvvəlindən yenə qiymət artacaq: “Hələ virtual oyunlar gedir, yaxud bazara pozitiv və neqativ informasiyalar yönəldilir. Əsas odur ki, dünyada tələblə təklif və bazarın özünü komfortlu hiss etməsi 45-50 diapozonundadır. Bu prosesin nə qədər davam etməsinə gəlincə, 9 ayın yekunlarına görə nisbətən dünya iqtisadiyyatında 2,8, və 2,9 faiz civarında artım var. Hələ hər hansı böyük təlaş yoxdur. Avropa Yenidənqurma İnkişaf Bankının baş iqtisadçısı Sergey Quriyev deyib ki, 2017-ci ilin sonuna qədər neftin qiymətinin 50 dollar civarında olması normaldır

Ana səhifəAnalitika”2017-ci ilin əvvəli dünya bazarında neftin qiyməti qalxa bilər”