Nüvə silahlarının yayılmasına qarşı səylər qiymətləndirilib
İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya (International Campaign to Abolish Nuclear Weapons) layiq görülüb.
APA yazır ki, mükafat təşkilata “nüvə silahlarından istifadənin faciəvi nəticələrə gətirib çıxarmasına diqqət ayırmaq sahəsindəki işləri və bu kimi silahların müqavilələrə əsasən qadağan olunmasındakı səylərinə görə” verilib.
2017-ci il üçün Nobel sülh mükafatına 318 nəfərin namizədliyi irəli sürülmüşdü. Namizədlərdən 215-i fiziki şəxs, 103-ü isə təşkilat idi.
Ötən il mükafatın sahibi Kolumbiyanın prezidenti Xuan Manuel Santos olub.