2016-cı ildə neft sektorunun borclarının həcmi 5,7 faiz artıb

”Dövlət müəssisələrinin vergi borcları 68,8 faiz, özəl müəssisələrin vergi borcları 13,9 faiz azalıb”

Source:


”Dövlət müəssisələrinin vergi borcları 68,8 faiz, özəl müəssisələrin vergi borcları 13,9 faiz azalıb”

Azərbaycanın dövlət şirkətləri 2016-cı ildə dövlət büdcəsinə vergi borclarını xeyli dərəcədə azaldıb.

Bu barədə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.

Bildirilib ki, 2016-cı ildə dövlət büdcəsinə vergi borcları 979 mln. 314,3 min manat və ya 40,6 faiz azalaraq 1 mlrd. 434 mln. 449,4 min manata çatıb. 1 yanvar 2017-ci il tarixinə büdcəyə ödəniləcək əsas vergi borcunun məbləği 860 mln. 589,8 min manat təşkil edir, 193 mln. 47,2 min manat maliyyə sanksiyalarının, 380 mln. 812,4 min manat cərimələrin payına düşür (APA).

“Vergi borclarının 97,6 faizi və ya 1 mlrd. 400 mln. manat qeyri-neft sektorunun borclarının payına düşür. Bundan əlavə, ötən il neft sektorunun borclarının həcmi 5,7 faiz artıb, qeyri-neft sektorunun borclarının həcmi isə 41,2 faiz azalıb. Dövlət sektoru müəssisələrinin borcu 365 mln. 419,5 min manat və ya bütün borcların 25,5 faizini, özəl müəssisələrin borcu 1 mlrd. 690 mln. 29,9 min manat və ya 74,5 faiz təşkil edir. 2016-cı ildə dövlət müəssisələrinin vergi borcları 68,8 faiz, özəl müəssisələrin vergi borcları 13,9 faiz azalıb”,-Hesablama Palatasının nəlumatında qeyd edilib.

Eyni zamanda, bildirilib ki, 2016-cı ildə dövlət mülkiyyətində olan vergi ödəyiciləri üzrə əhəmiyyətli azalma “Azərenerji” ASC-nin borclarının ümumilikdə 796 mln. 289,7 min manat azalaraq 3 mln. 506,2 min manata enməsi, o cümlədən verginin əsas məbləği üzrə borcun 390 mln. 295,5 min manat azalması ilə əlaqədardır.

Ana səhifəXəbərlər2016-cı ildə neft sektorunun borclarının həcmi 5,7 faiz artıb