20 yaşlı əsgər həyatını itirdi

İsmayıllıdan hərbi xidmətə çağırılmış gəncin infeksiyaya yoluxduğu bildirilir

Source: Meydan TV


İsmayıllıdan hərbi xidmətə çağırılmış gəncin infeksiyaya yoluxduğu bildirilir

Azərbaycan ordusu daha bir əsgərini itirib. İsmayıllı rayonundan həqiqi hərbi xidmətə çağırılan 20 yaşlı Teymur Allahi oğlu Allahyarov oktyabrın 9-da, axşam saatlarında həyatını itirib.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edən gənc infeksiya yoluxması və yüksək bədən temperaturu ilə hospitala yerləşdirilib, edilən tibbi yardımlara baxmayaraq vəfat edib. O, yanvarın 10-da doğulduğu Lahıc qəsəbəsinin Ərəkit kəndində torpağa tapşırılıb.

Məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsindən təsdiqləyiblər.

Müdafiə Nazirliyi məsələ ilə bağlı hər hansı açıqlama vermir.

Ana səhifəXəbərlər20 yaşlı əsgər həyatını itirdi