20 Yanvar faciəsindən 29 il ötür

Hadisələr nəticəsində 147 nəfərin öldüyü, 744 nəfərin yaralandığı bildirilir

Source:


Hadisələr nəticəsində 147 nəfərin öldüyü, 744 nəfərin yaralandığı bildirilir

Bu gün, 1990-cı il 20 yanvar faciəsinin 29-cu ildönümüdür.

29 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən yeridilib.

Rəsmi məlumata görə, Kommunist Partiyasının birinci katibi Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb. SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partladıb, respublikada televiziya verilişləri dayandırılıb. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil olub.

Hadisələr nəticəsində paytaxt da daxil olmaqla respublikanın digər rayonlarında 147 mülki şəxsin qətlə yetirildiyi, 744 nəfərin yaralandığı, onların bir çoxu ömürlük əlil olduğu bildirilir. Yalnız Bakı şəhərində 131 nəfər öldürülüb. 841 nəfər həbs edilib.

Həmin günlərdə Bakıya və Bakı ətrafına sovet ordusunun və daxili qoşunların 65 min nəfərlik kontingenti yerləşdirilib.

“Şit” təşkilatının müstəqil ekspertləri tərəfindən hazırlanmış hesabatdan: “Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişdilər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur, xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüş, adamlar süngü-bıçaqla qətlə yetirilmişdi. Atəş zamanı “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, əlillər də var idi”.

Ana səhifəXəbərlər20 Yanvar faciəsindən 29 il ötür