“20 illik hakimiyyətdə olan sülalə 1 illik AXC ilə mübarizə aparır”

Arif Hacılı: “Elçibəy hakimiyyəti dövründə milli azlıqların hüquqlarının müdafiəsilə bağlı xüsusi fərman verilmişdi”

Source:


Arif Hac


ılı: “Elçibəy hakimiyyəti dövründə milli azlıqların hüquqlarının müdafiəsilə bağlı xüsusi fərman verilmişdi”

Dövlət başçısı İlham Əliyevin “Rusiya-24” informasiya kanalına müsahibəsində 1992-1993-cü illərdə hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsi barədə dedikləri o dövrdə iqtidarda olan şəxslərin etirazıyla qarşılanıb.

İlham Əliyev müsahibəsində bildirib ki, Xalq Cəbhəsi hakimiyyətdə olanda vəziyyət tamamilə başqa idi: “O vaxt dözümsüzlük, əslində, dövlət siyasəti səviyyəsinə qaldırılmışdı. Mənfi münasibətlər, qeyri-yerli əhalinin sıxışdırılması cəhdləri – bütün bunlar gözümüzün qarşısında olub. Həmin illər ölkəmiz, xalqımız üçün milli rüsvayçılıq illəri idi. Azərbaycan xalqı müdriklik göstərdi və bu hakimiyyətə cəmi bir ildən bir qədər çox dözdü, sonra bu hakimiyyət tarixin xarabalığına atıldı”.

Həmin dövrdə dövlət katibi olmuş AXCP sədri Əli Kərimli Meydan TV-yə bildirdi ki, o, dövlət başçısının çıxışından təəssüflənib. Eyni zamanda təəccüblənib ki, 20 illik iqtidarda olduqdan sonra da sülalə hakimiyyəti bir illik AXC ilə öz aləmində mübarizə aparır: “Təkcə bu fakt indiki hakimiyyətin uğursuzluğunun, iş bacarıqsızlığının etirafıdır ki, 20 il keçəndən sonra da 1 illik hakimiyyətlə daimi müqayisə olunmaq ehtiyacı duyurlar. Həmin o bir illik hakimiyyətlə hələ də xəyali mübarizəni davam etdirirlər. İlham Əliyevin AXC barədə dedikləri həqiqəti əks etdirmir, yalan məlumatlardır. Həmin dövrdə milli azlıqlar sıxışdırılmayıb, o cümlədən, ruslar da. Əksinə, azsaylı xalqların və milli azlıqların hüquqları ilə bağlı verilmiş fərman bir çox ölkələrdə nümunə kimi qəbul olunub. Şəxsən mənim iştirakımla onlarla milli mərkəzlərə ofis yaradılıb, öz mədəniyyətlərinin, dillərinin, təhsilinin inkişaf etdirilməsi üçün büdcə ayrılıb. Ümumiyyətlə, AXC hökumətinin əsas xətti o olub ki, Azərbaycanda yaşayan bütün xalqlar özlərini ölkənin vətəndaşı kimi bərabərhüquqlu bilsinlər və demokratiya şəraitində də bu vəziyyət təmin olunacaqdır. Bu gün Azərbaycanda nəinki başqa ölkələrin vətəndaşları, azsaylı xalqların, bütövlükdə hər kəsin hüquqları məıhdudlaşdırılır. Belə bir şəraitdə kiminsə hüququnun təmin olunmasından danışmaq qeyri-mümkündür. Bütövlükdə isə Rusiya auditoriyasında Azərbaycanın keçmişi və xalqın tolerant münasibətinin təhrif olunması çox təəssüf doğurdu. Əslində, bu, dövlət başçısına yaraşmayan bir hərəkət idi”.

Həmin dövrdə dövlət müşaviri vəzifəsində çalışmış Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, İlham Əliyevin dedikləri yalnız o dövrdə

hakimiyyətdə olan qüvvələrə yox, Azərbaycan xaqlına qarşı yönəlmiş yanlış fikirdir: “Çünki Azərbaycanda heç vaxt milli ayrıseçkilik olmayıb, rusların, ermənilərin və digər xalqların sıxışdırılması baş verməyib. Elçibəy hakimiyyəti dövründə milli azlıqların hüquqlarının müdafiəsilə bağlı xüsusi fərman verilmişdi. AXC hakimiyyəti dövründə başqa millətlər sıxışdırılmayıb və bütövlükdə tolerantlıq olub. İkincisi, AXC-ni Azərbaycan xalqı devirmədi. Rusiyanın, İranın və digər düşmən mövqe tutan ölkələrin nümayəndələri demokratik inkişafın, Qarabağda aparılan uğurlu hərbi əməliyyatların və siyasi-iqtisadi islahatların qarşısını almaq məqsədi ilə Gəncə qiyamı yaratdılar. AXC hakimiyyəti dövrü Azərbaycan tarixinin ən şərəfli dövrlərindən biridir, tariximizdə iki böyük dövr var: 1918-20-ci illər ADR və 1992-93-cü illər AXC dövrü. Bu illərdə Azərbaycan cəmiyyəti çox ciddi nəticələrə və uğurlara nail olub, müstəqilliyimiz bərpa olunub. 1992-93-cü illərdə aparılan siyasi-iqtisadi islahatların nəticələrini bu gün indiki hakimiyyət aradan qaldırıb, yekunlaşdıra bilməyib. O dövrdə yaradılmış demokratik institutların məhv edilib, sıradan çıxarılması üçün bu gün siyasi fəaliyyət göstərilir. Konkret olaraq, partiyaların fəaliyyəti üçün bərabər şəraitin yaradılmaması, media üzərinə basqıların davam etdirilməsi, eyni zamanda, QHT-lərin sıxışdırılaraq sıradan çıxarılması, azad və ədalətli seçkilərin keçirilməməsi, sərbəst toplaşmaq azadlığı hüququnun məhdudlaşdırılması göstərir ki, hakimiyyət ölkədə siyasi durumun necə olduğunu çox yaxşı bilir. Ona görə normal siyasi şəraitin yaranacağı və ədalətli seçkilərin keçiriləcəyi təqdirdə Azərbaycan xalqının iradəsilə hakimiyyətdə qala bilməyəcəyinin fərqində olduğundan zorakılıq yoluyla demokratik inkişafın qarşısını almaqla məşğuldur”.

Ana səhifəXəbərlər“20 illik hakimiyyətdə olan sülalə 1 illik AXC ilə mübarizə aparır”