2 gündə 21 min sürücü cərimə olunub

Kamran Əliyev: ”154 sürücü avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə, 11 mindən çoxu isə sürət həddini aşdığına görə məsuliyyətə cəlb olunub”

Source:
Kamran Əliyev
Kamran Əliyev
Kamran Əliyev
Kamran Əliyev


Kamran Əliyev: ”154 sürücü avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə, 11 mindən çoxu isə sürət həddini aşdığına görə məsuliyyətə cəlb olunub”

Avqustun 1-i və 2-də keçirilən reydlər nəticəsində 21029 nəfər sürücü inzibati məsuliyyətə cəlb olunub. Bu barədə “Trend”-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

K.Əliyev bildirib ki, 154 sürücü avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə, 11 mindən çoxu isə sürət həddini aşdığına görə məsuliyyətə cəlb olunub.

Şöbə rəisi bildirib ki, reydlər avqustun sonuna qədər həftəboyu davam edəcək: “İl ərzində ən çox yol-nəqliyyat hadisələri məhz iyul-avqust aylarına təsüdüf edir. Yollarda hərəkətin intensiv olması, intizamsız sürücülərin yol-hərəkəti qaydalarını kobud şəkildə pozması, bəzən istirahət mərkəzindən qayıdan insanların sərxoş vəziyyətdə sükan arxasına oturması, sürət həddinə əməl etməməsi və digər bu kimi qayda pozuntuları son nəticədə ağır qəzalara gətirib çıxarır. Sürücülərdən xahişimiz odur ki, yola çıxarkən bu qaydalara, yollarda sürət həddinə ciddi riayət etsinlər, özlərinin və avtomobildə olan sərnişinlərin, ailə üzvlərinin həyatını təhlükəyə atmasınlar”.

Ana səhifəXəbərlər2 gündə 21 min sürücü cərimə olunub