2 ayda iki min ailə dağılıb

Source:

Bu ilin yanvar-fevral ayları ərzində rəsmi orqanlar tərəfindən Azərbaycanda 11,1 min nikah və 2,1 min boşanma halları qeydə alınıb.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin hər 1 000 nəfərinə hesabı ilə nikahların sayı 7,2, boşanmaların sayı isə 1,4 təşkil edib.

Bu ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 227 nəfər gələn və 119 nəfər ölkədən gedən qeydə alınıb.

Ana səhifəXəbərlər2 ayda iki min ailə dağılıb