19 yaşlı gənc mağazadan çörək oğurlamayıb (Fotolar)

Satıcı Namiq Mirzəyevin bir ayda üçüncü dəfə oğurluq etmək istədiyini deyir

Source:

Satıcı Namiq Mirzəyevin bir ayda üçüncü dəfə oğurluq etmək istədiyini deyir

10 apreldə Məhəmməd Hadi küçəsində mağazadan çörək götürmək istəyən Namiq Mirzəyevi mağaza sahibi Fizuli Kazımovun polisə təhvil verdiyi haqda məlumat yayılmışdı. Həmin mağazada satıcı işləyən Şamama Dünyamalıyeva Meydan TV-yə deyib ki, 19 yaşlı gənc mağazada çörək yox, pul axtarırmış. Aprelin 10-na keçən gecə saat 4-də Fizuli Kazımovun xanımı pəncərədən dükana baxarkən telefon işığını sezib. Daha sonra qapının açıldığını və gənc oğlanın oradakı yeşiklərdə nəsə axtardığını görüb. Yoldaşını yuxudan oyaraq mağazaya göndərib. Fizuli Kazımov mağazanın qapısını bağlayaraq Namiq Mirzəyevi içəridə qoyub. Daha sonra polisə zəng edərək, 20 yaşlı gənci onlara təhvil verib.

Satıcı deyir ki, N.Mirzəyev polisə ifadəsində artıq üçüncü dəfədir çörək dükanından oğurluq etmək istədiyini deyib. Bundan əvvəlki hadisədə o dükanda olan çantadan pul götürüb. Satıcı deyir ki, o, bir ay ərzində eyni mağazadan 3 dəfə oğurluq etmək istəyib.

Hadisədən sonra gəncin dostu olduğunu deyən bir şəxs satıcıya yaxınlaşaraq, Namiq Mirzəyevin atasının olmadığını, anasının isə süpürgəçi işləyərək evi dolandırdığını deyib. O, əlavə edib ki, 19 yaşlı gənc tələbədir.

Ana səhifəXəbərlər19 yaşlı gənc mağazadan çörək oğurlamayıb (Fotolar)