Dekabrın 18-i Beynəlxalq Mətbuat Mərkəzində Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) “Seçici Qeydiyyatının Auditi” (SQA) adlı araşdırması təqdim olunub. Mərkəzin rəhbəri Akif Qurbanov bildirib ki, araşdırma seçicilərin qeydiyyatının kəmiyyət və keyfiyyət baxımından monitorinqi prosesidir. Mərkəzi Seçki Komissiyası ölkədə seçicilərinin sayını 5 milyon göstərsə də, araşdırmanın nəticəsindən məlum olur ki, Dovlət Statistika Komitəsinin məlumatında 2014-cu il yanvarın 1-nə qədər olkənin yaşı 18-dən yuxarı olan əhalisinin sayı təxminən 6,8 milyondan çoxdur. Bu isə onu göstərir ki, MSK-nın yekun seçici siyahısında seçicilərin sayı Dovlət Statistika Komitəsinin məlumatında secki huququna malik şəxslərin sayından 1,8 milyon azdır.
Tədbirdə iştirak edən partiya funksionerləri və ekspertlər araşdırma haqqında fikirlərini bölüşüb, öz təkliflərini irəli sürüblər.
REAL-ən İdarə Heyətinin üzvü Natiq Cəfərli hökümətə yeni təkliflər verib.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib ki, məlum araşdırma bir daha sübut edir ki, hakimiyyət özü seçkiləri saxtalaşdırmaqda maraqlıdır.