17 noyabr Milli Dirçəliş Günüdür

2006-cı ilin sonlarında parlament 17 noyabrı qeyri-iş günləri siyahısından çıxarıb

Source:


2006-cı ilin sonlarında parlament 17 noyabrı qeyri-iş günləri siyahısından çıxarıb

17 noyabr Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd olunur. 1988-ci il noyabrın 1-də Bakının Lenin (indiki “Azadlıq”) meydanında Dağlıq Qarabağda separatçılar tərəfindən Azərbaycanın suverenliyinin pozulması iə bağlı respublika və ittifaq hakimiyyətinin fəaliyyətsizliyinə etiraz olaraq fasiləsiz mitinq başlayıb.

İki həftə yüz minlərlə adam fasiləsiz olaraq Moskvadan Qarabağda erməni separatizminə son qoyulmasını tələb edib.

Dekabrın 4-dən 5-nə keçən gecə ittifaq hakimiyyəti mitinq iştirakçılarına qarşı cəza tədbirləri həyata keçirib. Nəticədə onlarla adam yaralanıb, bir nəfər həlak olub.

Bununla belə, mitinq güclü hərəkatın başlanğıcını qoyub və bu 1991-ci ildə Azərbaycanın müstəqilliyinin elan olunması ilə nəticələnib.

1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. 2006-cı ilin sonlarına kimi bu, bayram günü kimi qeyri-iş günü idi. Lakin 2006-cı ilin sonlarında parlament 17 noyabrı qeyri-iş günləri siyahısından çıxarıb.

Bu günün böyük əhəmiyyət daşımasına baxmayaraq, hakimiyyət heç bir tədbir keçirmir.

Azadlıq rəmzi olan “Azadlıq” meydanı çoxdandır ki, mitinqlərin keçirilməsi üçün qadağan edilib. Burada yalnız şou-konsertlər keçirilir (Turan IA).

Ana səhifəXəbərlər17 noyabr Milli Dirçəliş Günüdür