”17 illik zəhmətimi məhv etdilər”

Bura Sumqayıtda salınan istirahət məkanıdır. Sərinlik və kölgə verən ağaclıq, bağçanı bürüyən çiçəklərin xoş ətri 18 iyunda 1 saatın içində viran edilir. Sahibi deyir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin 80-nə yaxın əməkdaşı heç bir məhkəmə qərarı təqdim etmədən ərazidə söküntü işləri aparıblar. O, 2003-cü ildə bu ərazini bələdiyyədən aldığını deyir.

Rafiq İsmayılov deyir ki, öncədən memarlıqdan da ona buraların söküləcəyini bildirmişdilər. O, bundan sonra icra hakimiyyətinə müraciət edib. Cavab olaraq, köhnə obyektlərin yeniləri ilə əvəz olunacağını bildiriblər.

Rafiq İsmayılov danışır ki, bu ərazilərdə əvvəl qoyunları otarırdılar. O illərlə əlinə keçən bütün pulları, insanların istirahəti, məkanın gözəlləşməsi üçün xərcləyib. Özünü ticarətçi saymır. Ləçəkləri yerlərə səpilmış bu gülləri də özü əkib.

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun sözcüsü məsələ ilə bağlı şəhərsalma və memarlıq idarəsinə zəng etməyimizi söylədi. İdarədən mətbuata cavab verən şəxs tapılmadı.

Bu güllər kimi onun da həyatının solduğunu düşünür. Rafiq İsmayılov 50 yaşında yenidən sıfıra düşdüyünü deyir. O, bundan sonranın xəyalını qura bilmir.

Ana səhifəVideo”17 illik zəhmətimi məhv etdilər”