Gözəl Bayramlı: İşdən çıxarılanlar sənədlərini hazırlayırlar, yaxın günlərdə məhkəmələrə müraciət edəcəklər
8 aprel mitinqinə qədər Azərbaycan Xalq Cəbhəsi Partiyasının 5 üzvü işdən çıxarılıb, aksiyadan sonra 13 nəfər işindən məhrum edilib. Onların əksəriyyəti orta məktəblərdə çalışırmış.
Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı Meydan TV-yə danışıb.
Gözəl Bayramlı deyir ki, 8 aprel aksiyasına qədər işdən çıxarılanlardan yalnız Sahib Rüstəmli sonradan işinə bərpa olunub. O da məhkəməyə şikayət etməklə pozulmuş hüququnu bərpa edə bilib.
Bayramlı işdən çıxarılanların müxtəlif bölgələrdən olduğunu bildirib:
“Bura Goranboy, Neftçala, Oğuz, Qəbələ, Şəki, Masallı və paytaxt rayonları daxildir”.
Gözəl Bayramlı söyləyib ki, işdən çıxarılanlar sənədlərini hazırlayırlar, yaxın günlərdə məhkəmələrə müraciət edəcəklər.
AXCP yetkilisi işdən çıxarılanların siyahısını Meydan TV-yə təqdim edib:
1. İlham Qiliyev – AXCP Qəbələ rayon şöbəsinin sədri, müəllim, sentyabr, 2016-cı ildə işdən çıxarılıb.
2. Yaşar Məmmədov – AXCP Oğuz rayon şöbəsinin sədri, müəllim, sentyabr, 2016
-cı ildə işdən çıxarılıb.
3. Qələndər Aslanov – AXCP Goranboy rayon şöbəsinin sədri, mühəndis, sentyabr, 2016
-cı ildə işdən çıxarılıb.
4. Elnur Fərəcov – AXCP Neftçala rayon şöbəsinin fəalı, “Azər-Yod MMC”, fəhlə, sentaybr, 2016
-cı ildə işdən çıxarılıb.
, hazırda siyasi məhbusdur, 4 may 2017-ci ildə 3 il həbs cəzası verilib
5. Əli Abdullayaev – Şəki rayon şöbəsindən AXCP Ali Məclisinin üzvü,aprel, 2017-
ci ildə işdən çıxarılıb
.
“Qaz İxrac” İdarəsi, Ağdaş qaz kəmərləri sahəsi, icraçı, 21 aprel, 2017
-ci ildə işdən çıxarılıb.
6. Əflatun Əhmədzadə – AXCP Neftçala rayon şöbəsinin sədri, müəllim, 27 aprel, 2017
-ci ildə işdən çıxarılıb.
7. Ülkər Əhmədzadə- AXCP Neftçala rayon şöbəsinin fəəalı, müəllim, 27 aprel, 2017-
ci ildə işdən çıxarılıb.
8. Mirağa Musayev- AXCP Neftçala rayon şöbəsinin fəalı, məşqçi-müəllim, 29 aprel, 2017
-ci ildə işdən çıxarılıb.
9. Aydın İsalı – AXCP Suraxanı rayon şöbəsi sədrinin müavini, SOCAR, baş operator, 29 aprel, 2017
-ci ildə işdən çıxarılıb.
10. İlkin Əliyev – AXCP Suraxanı rayon şöbəsinin fəalı, “Azəriqaz” Abşeron istismar sahəsində nəzarətçi-çilingər, 29 aprel, 2017
-ci ildə işdən çıxarılıb.
11. Novruz Tağıyev – AXCP Binəqədi rayon şöbəsinin fəalı, “Neftçi” idman-sağlamlıq kompleksi, inzibatçı , 29 aprel, 2017
-ci ildə işdən çıxarılıb.
12. Cəlil İmanov – AXCP Masallı rayon şöbəsi Gənclər Komitəsi sədrinin müavini, müəllim, 2 may, 2017-
ci ildə işdən çıxarılıb.
13. Elxan Nuriyev – AXCP Xətai rayon şöbəsinin fəalı, “Azərsu”, sürücü, 3 may, 2017
-ci ildə işdən çıxarılıb.
14. Firdovsi Məmmədov – AXCP Xətai rayon şöbəsinin fəalı, “Səma” MMC, satış müdiri, 3 may, 2017
-ci ildə işdən çıxarılıb.
15. Samir Həsənov – AXCP Şəki rayon şöbəsi Gənclər Komitəsinin sədri, “Avropa” MMC, Şəki filialı, satış üzrə köməkçi, 4 may, 2017
-ci ildə işdən çıxarılıb.
16. Məhəmməd Əlifov – SOCAR, mühafizəçi, 4 may, 2017
-ci ildə işdən çıxarılıb.
17. Laçın Əsgərli – Masallı rayon şöbəsindən AXCP Ali Məclisnin üzvü, müəllim, 4 may, 2017
-ci ildə işdən çıxarılıb.